Ermənilər hər gün mövqelərimizi atəşə tutur - Azərbaycan antiterror əməliyyatlarına başlayacaqmı?

Ermənilər hər gün mövqelərimizi atəşə tutur - Azərbaycan antiterror əməliyyatlarına başlayacaqmı?
Dünən axşamdan bu gün səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsi tərəfindən ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində mövqeləri, Qərbi Zəngəzurun Basarkeçər rayonundan isə Kəlbəcərin üç kəndi atəşə tutulub.
 
Bununla bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, bu, həftə ərzində ermənilər tərəfindən yaradılan ilk gərginlik deyil:
"Düzdür, hər dəfə Beynəlxalq humanitar hüquq rəhbər tutulmaqla erməni ordusunun, habelə, separatçıların qanunsuz dəstələrinin adekvat və sərt şəkildə cavabları verilir. Lakin, görünən odur ki, məsələ köklü həlli edilməyincə yəni, antiterror əməliyyatları ilə separatçılar tam məhv edilməyənə, Ermənistan isə "Dəmir yumruğ”un təhdidi altında Azərbaycana qarşı ərazi iddialarından tam əl çəkdiyini rəsmən bəyan edib, hərbi cinayətlərə görə dövlət səviyyəsində üzr istəməyənə qədər sabitlik üçün bu kimi təxribatlar davam edəcək”.

Millət vəkili bildirib ki, ermənilər hələki könüllü surətdə doğru yola gəlmək, murdar ideologiya və zərərli iddialarından çəkmək istəmir:

"Bu da hər kəsdən çox elə onların özləri üçün ciddi problemlər yaradır. Deməli, getdikcə zərurətə çevrilən "Dəmir yumruq” ədaləti bərqərar etməklə yanaşı, eyni zamanda erməni xalqı və Qarabağda yaşayan "yolunu azmış" erməni əsilli vətəndaşlarımız üçün də yeganə xilas yoludur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...