Logo

Yumurta 5 faizdən çox ucuzlaşıb

Yumurta 5 faizdən çox ucuzlaşıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralda toyuq yumurtasının qiyməti yanvar ayı ilə müqayisədə 5,5 faiz azalıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda 10 ədədinin qiyməti 2 manat 5 qəpik olan toyuq yumurtasının orta qiyməti fevralda 1 manat 94 qəpiyə enib.

Xatırladaq ki, ötən ilin sentyabrından başlayaraq toyuq yumurtasında bahalaşma müşahidə olunurdu. Avqustda 10 ədədinin qiyməti 1,75 manat olan yumurtanın dəyəri dekabrda 2,15 manata yüksəlmişdi.

Müqayisə göstərir ki, son 2 ayda toyuq yumurtasının qiyməti 9,7 faiz, yaxud 2 qəpikdən çox enib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR