Səda Sayan 7-ci dəfə evlənir - Özündən 25 yaş kiçik musiqiçi ilə...

Səda Sayan 7-ci dəfə evlənir - Özündən 25 yaş kiçik musiqiçi ilə...
Türkiyəli müğənni Səda Sayan yeddinci dəfə evlənir.
 
Sfera.az bildirir ki, ifaçı özündən 25 yaş kiçik sevgilisi Çağlar Ötkenin təklifinə razılıq verib. Belə ki, gənc musiqiçi 14 fevralda Beyoğludakı Süreyya Terasda çıxış etdikdən sonra qəfildən cibindən üzük çıxararaq sənətçiyə evlilik təklifi edib. Şoka düşən Sayan qısa müddət sonra "bəli" cavabını verib. Məlumata görə, 59 yaşlı sənətçi evlilik hazırlıqlarına başlayıb.

Sayan  ötən həftələrdə verdiyi müsahibədə, "Uşağımın atası istisna olmaqla, qalan evliliklərimi saymıram. Artıq evlənmək vaxtıdır. İndi birinin yanımda olmasını istəyirəm”, deyə söyləmişdi.

Qeyd edək ki, bu, ilk evliliyini 1987-ci ildə Rıdvan Kılıçla edən, sonuncu həyat yoldaşı Onur Şandan isə 2010-cu ildə boşanan müğənninin yeddinci evliliyi olacaq.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dəmir qutu və butulkalar satmaqla ev almaq üçün pul topladı

Avstraliyalı Damian Qordon şüşə butulkalar və alüminium qutular sataraq 46 min dollar qazanıb və bu pulu evin ilkin ödənişinə sərf edib.   Sfera.az bil...

Muzeydə sərgilənəcək: İngiltərəyə qan udduran serial qatilin alt paltarı 5 min dollara satıldı

Bir zamanlar İngiltərəyə qan udduran serial qatil Rouz Uestin alt paltarı muzeyə satılıb. İngiltərədəki cinayət muzeyi serial qatil Rouz Uestə məxsus alt p...

Çində bar pis əhval-ruhiyyədən qurtulmaq üçün müştərilərə başmaqlı kokteyllər təklif edir

Çinin Quançjou şəhərindəki bir müəssisə içki sifariş edərkən müştərilərə ənənəvi “pis adamın döyülməsi” ritualını təklif edib. O, dərhal viral inter...

Məşhur futbolçunun ailəsi evdən qaçırıldı: Özü çarpayının altında gizləndi

Ekvadorda futbolçu Cekson Rodrigesin ailəsi oğurlanıb. Sfera.az xəbər verir ki, “Emelec” futbol klubunun müdafiəçisi 26 yaşlı Cekson Rodrigesin h...

Ölümündən sonra Papanın otağı möhürləndi, üzüyü məhv edildi: Səbəb nədir?

Xəbər verdiyimiz kimi, katoliklərin ruhani lideri Papa Fransisk 88 yaşında vəfat edib. Papanın ölümündən sonra bir sıra adət-ənənələr müşahidə olunur. Papanın i...

Kiyevə kütləvi hücum: Matəm elan olundu

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.   Sfera....