Rusiya ərzaq “müharibəsi”nə başlayır - Taxıl və şəkər ixracı məhdudlaşdırılır

Rusiya ərzaq “müharibəsi”nə başlayır - Taxıl və şəkər ixracı məhdudlaşdırılır
Rusiya Avropa İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl məhsullarının, digər ölkələrə isə ağ şəkər və xam şəkərin ixracını bu ilin martın 31-nə kimi qadağan edib.
 
Sfera.az "TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadiyyat Nazirliyi məlumat yayıb. 
 
Rusiya hökumətinin açıqlamasına görə bu qərarlar ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib və mövcud şəraitdə daxili bazarın qorunmasına kömək edəcək. 
 
İqtisadi İnkişaf  Nazirliyinin məlumatına görə, taxılla bağlı məhdudiyyətlər buğda və meslin, çovdar, arpa və qarğıdalıya aiddir. Amma Sənaye və Ticarət Nazirliyi tərəfindən verilən ixrac icazəsi çərçivəsində istisna nəzərdə tutulacaq. 
 
Rusiyanın taxılla bağlı qərarı təəccüb doğurur. Çünki Aİİ ölkələri Rusiyanın müttəfiqidir. 
 
Digər tərəfdən, Rusiyada taxıl istehsalı daxili tələbatın 150 faizinə bərabərdir. Bu ölkə 2021-ci ildə dünyada ən çox taxıl ixrac edən ölkələrdən biri olub. Buğda ixracında isə lider mövqeyə malikdir. 
Rusiya hökuməti bildirir ki, Aİİ ölkələri rüsumsuz rejimdə lazımi həcmdə taxıl alıblar, buna görə də həmin ölkələrdə çətinlik yaranmayacaq.
 
Rusiya hökumətinin taxıl və şəkər ixracı ilə bağlı qadağasının payıza qədər uzadılması da mümkündür. Hökumətdə təklif edilir ki, Rusiyadan Aİİ ölkələrinə taxıl ixracı məhdudlaşdırılsın və bütün ölkələrə payıza qədər şəkər ixracı tamamilə qadağan edilsin. 
 
Hər iki məhsula qoyulan məhdudiyyətin uzadılması təklifi ciddi şəkildə əsaslandırılmır. Yalnız Rusiya əhalisinin şəkərə tələbatının artması və dünyada taxıla tələbatın yüksəlməsi əsas kimi göstərilir. 
 
Xarici ekspertlər isə hesab edir ki, Rusiyanın bu davranışları Qərbin sanksiyalarına cavabdır və burada məqsəd həmin məhsulların dünyada qiymətinin artmasına nail olmaqdır. 
 
Rusiya hökumətinin şəkərlə bağlı qərarı Azərbaycana təsiri olmayacaq. Ölkəmiz şəkərə olan tələbatının 90 faizindən çoxunu idxal hesabına təmin etsə də şəkərin az hissəsi Rusiyadan gətirilir, daha çox şəkər isə Braziliyadan idxal olunur.  

Vasif

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...