Rusiyanın üzləşdiyi çətinliklər: Neft satışında problemlər bu aydan başlayacaq – Baş nazirin müavini danışdı

Rusiyanın üzləşdiyi çətinliklər: Neft satışında problemlər bu aydan başlayacaq – Baş nazirin müavini danışdı
Rusiyanın neft və qaz ixracında problemlər aprel müqavilələrindən başlanıb.
 
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda açıqlamanı baş nazirin müavini Aleksandr Novak Dövlət Dumasında Kommunist Partiyası fraksiyası ilə görüşündə deyib. Novak bildirib ki, Rusiya hökuməti aprel ayında neft və neft məhsullarının ixracı üçün müqavilələrin bağlanması ilə bağlı problemlər gözləyir. 
 
"Hazırda həm qaz, həm də neft hasilatı tam həcmdə həyata keçirilir. Qaz kəmərləri ilə ixracda da problem yoxdur, mayeləşdirilmiş təbii qazın (LNG) ixracı da davam edir. Mart ayı üçün müqavilələr bağlanıb və məhsullar təhvil verilir. neft və neft məhsullarının tədarükü ilə bağlı aprel ayında problemlər gözləyirik. Amma biz artıq müəyyən problemlərlə üzləşirik. Problemlər ilk növbədə maliyyələşmə ilə bağlıdır", - deyə o bildirib. 
 
Novak bank sektoruna qoyulan sanksiyaların çətinlik yaratdığını etiraf edib: 

"Bank sektorunda və maliyyələşdirmədə məhdudiyyətlərin tətbiq edilməsi ilə əlaqədar, bir çox təchizatçı, alıcı və treyder banklardan akkreditivlərin alınmasında problemlərlə üzləşirlər. Bu çətinliklərin həlli üçün Energetika Nazirliyimiz Rusiya şirkətləri və xarici podratçılarla işləyir. Biz başqa yollar tapırıq, məsələn, Çin şirkətləri ilə əlaqələr qururuq. Amma bu, davamlı üsul deyil, bunlar təcrid olunmuş hallardır. Müxtəlif ödəniş üsulları var və biz akkreditivsiz işləyirik". 
 
Novak tədarük çətinliyinin də olduğunu söyləyib: "Gəmilərdən istifadə ilə bağlı çətinlik var. Sığortaçılar mal daşınmasını sığortalamır, bu da əlavə problem yaradır”.
 
Vasif

OXŞAR XƏBƏRLƏR

Trampın xüsusi nümayəndəsi bu tarixdə Moskvaya gedir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bunu Ağ Evin mətbua...

Güclü zəlzələlər gözlənilir - Seysmoloqdan XƏBƏRDARLIQ

İraqın Ərbil şəhərinə bağlı Mergasur rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin Hakkari, Bitlis, eləcə də Şırnağın Uludere və C...

Tarkan Bakı konsertindən nə qədər qazanacaq?

Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.   Sfera.az-ın məlumatına görə, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxm...

Tramp 17 yaşlı nəvəsinə “Tesla Cybertruck”hədiyyə etdi - FOTOLAR

“Tesla” avtomobili almaqla baş məsləhətçisi İlon Maska dəstək olacağına söz verən ABŞ prezidenti Donald Tramp sevimlisi adlandırılan 17 yaşlı nəvəsi...

Ağdamın bu kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirildi

Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, Ağdam rayon Sarıcalı kəndini...

ÜST rəhbəri də Bakıya gəlir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ...