Nazarbayevin Antalyaya GƏLİŞİ - Ərdoğan bu jest ilə kimə mesaj göndərdi?

Nazarbayevin Antalyaya GƏLİŞİ - Ərdoğan bu jest ilə kimə mesaj göndərdi?
Məlum olduğu kimi, bu gün Antalyada Türkiyənin təşəbbüsü ilə keçirilən və ev sahibliyi etdiyi ikinci Diplomatiya Forumu öz işinə başlayıb. Forumda dünyanın demək olar ki, bütün ölkələrinin dövlət və siyasi xadimləri iştirak edir. Burada sürpriz kimi qəbul olunan hadisə isə, Ərdoğanın dəvət etdiyi Qazaxıstanın birinci prezidenti olan Nursultan Nazarbayevdir. Onnun foruma dəvət olunması bir sıra suallar yaradıb. 

Rəcəb Tayyip Ərdoğan bu jesti ilə kimə mesaj göndərmək istəyir?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, hər bir xadim bunu öz siyasi baxışları prizmasından izah edir:

"Kimi bu dəvətin Rusiyaya mesaj, kimi isə Qazaxıstanın yeni hökumətinə xəbərdarlıq olduğunu bildirir. Fikrimcə, Ərdoğanın bu hərəkəti ilk növbədə Türk dünyasında böyüklərə, ağsaqqallara verilən hörmət və izzətin təzahürüdür. Eyni zamanda, Nazarbayevin türk dilli dövlətlərin yaxınlaşması istiqamətində oynadığı rolu qiymətləndirilərək, onun siyasi səhnədən uzaqlaşdırılmasının hələ tez olduğu diqqətə çatdırılır”.

Müsahibimiz bildirib ki,  Nazarbayevə göstərilən bu hörmətlə Türkiyə Prezidenti siyasi mesajlar da verib:

"Bu mesajlar aid olan ünvanlara artıq çatıb və heç şübhəsiz, onlar lazım olan nəticəni çıxaracaqlar”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tarkan Bakı konsertindən nə qədər qazanacaq?

Türkiyəli müğənni Tarkan Ramazan bayramında Bakıda konsert verəcək.   Sfera.az-ın məlumatına görə, o, Bakıdakı konsertindən 54 milyon lirə (təxm...

Tramp 17 yaşlı nəvəsinə “Tesla Cybertruck”hədiyyə etdi - FOTOLAR

“Tesla” avtomobili almaqla baş məsləhətçisi İlon Maska dəstək olacağına söz verən ABŞ prezidenti Donald Tramp sevimlisi adlandırılan 17 yaşlı nəvəsi...

Ağdamın bu kəndində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirildi

Ağdamın işğaldan azad edilmiş ərazilərində 32 il sonra ilk dəfə dəfn mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, Ağdam rayon Sarıcalı kəndini...

ÜST rəhbəri də Bakıya gəlir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 12-13 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ...

Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yaydı

Pakistan sərnişin qatarında faciəli insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıtdı və dərindən kədərləndirdi.   Sfera.az xə...

Kürdəmirdə faciə: qatarın qarşısına qəfil çıxan şəxs öldü

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qata...