Putin yetim qalan ukraynalı uşaqlara görə QANUNA DƏYİŞİKLİK EDƏCƏK

Putin yetim qalan ukraynalı uşaqlara görə QANUNA DƏYİŞİKLİK EDƏCƏK
Rusiya Ukraynada yetim qalan uşaqları övladlığa götürmək üçün qanuna dəyişiklik etməyi planlaşdırır.
 
Sfera.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova ilə görüşü zamanı deyib. O,  sözügedən qanunun dəyişdirilməsinə müsbət yanaşdığını açıqlayıb.  Bu isə o deməkdir ki, Rusiyadan olan ailələr Donetsk və Luqanskdan ölkə vətəndaşlığı olmayan uşaqları övladlığa götürə biləcəklər.

Lvova-Belova görüşdə bildirib ki, iki respublikadan 1 090-a yaxın kimsəsiz uşaq Rusiyaya təxliyə edilib. Düzəlişlə bağlı Dövlət Dumasına müraciət edəcəyini söyləyən Putin isə, "Bunlar fövqəladə hallardır və mənə elə gəlir ki, biz bürokratik gecikmələri deyil, uşaqların maraqlarını nəzərə almalıyıq. Əminəm ki, deputatlar sizi dəstəkləyəcəklər və biz bu qanunu dəyişəcəyik”, - deyə qeyd edib.

Xatırladaq ki, Ukraynanın işğalı başlayandan bəri 1 milyon uşaq ölkəni tərk etməli olub. UNICEF-in sözçüsü Ceyms Elder Ukraynadan bir milyon uşağın kütləvi şəkildə qaçmasını "qaranlıq tarixi ilk” kimi qiymətləndirib. Məlumata görə, Ukraynadakı uşaqların heç də hamısı canlarını qurtarmaq üçün qaça bilməyib - ölən, yaralanan və yetim qalan uşaqların sayı hələlik məlum deyil. Dünən isə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkədə 3 000 yeni doğulmuş körpənin qida və dərmandan məhrum olduğunu açıqlayıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı s...

Avropa Rusiyadan LNG alışını azaldıb - Rəqəmlər

Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa İttifaqına tədarükü ilin əvvəlindən 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 7,5 milyard kubmet...

İran Xəzərdə neft axtarışına başlayıb

İran 28 il sonra Xəzər dənizinin dayaz sularında yenidən neft kəşfiyyatı üzrə qazıntıya başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Trend İranın N...

Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı

Azərbaycanda bank kartlarından oğurluq hallarının artdığı bir vaxtda maliyyə sahəsində uzun illər çalışmış bir mütəxəssisin başına gələn hadisə cəmiyyət üçün ci...

Yeni Papanın inauqurasiya mərasiminin vaxtı açıqlanıb

Yeni seçilən Papanın inauqurasiya mərasiminin keçiriləcəyi vaxtı bəlli olub.  Sfera.az xəbər verir ki, Papanın andiçmə mərasimi mayın 18-də Roma vaxtı...

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...