Ərdoğanın Nazarbayevi Antalyaya dəvətinin PƏRDƏARXASI: Ankara Türk Birliyi yolunda...

Ərdoğanın Nazarbayevi Antalyaya dəvətinin PƏRDƏARXASI: Ankara Türk Birliyi yolunda...
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay eks-prezidentin Diplomatik Forumda iştirak etmək üçün Antalyaya getdiyini bildirib. Nazarbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda iştirak edir. 
 
Qazaxıstanda baş verən etiraz aksiyaları sonrası Təhlükəsizlik Şurasındakı vəzifəsindən istefa verən Nazarbayev ilk dəfədir ki, xarici ölkədə təşkil edilən rəsmi tədbirə qatılır. 
 
Nazarbayev türk dünyası üçün önəmli şəxslərdəndir. O, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bərabər 3-cü açar şəxs hesab olunur. 
 
Nazarbayevin Qazaxıstan hakimiyyətindən getməsi  türklərin təşkilatlanması baxımından mənfi hadisə oldu. Çünki Mərkəzi Asiya türklərini bir arada saxlayan güc Nazarbayev idi. Nazarbayevin yoxluğu Mərkəzi Asiya türk dövlətlərinin gözünü Çin və Rusiya qarşısında qorxuda bilər. 
 
Bunu Türkiyə də yaxşı anlayır və onsuz da kövrək olan Türk Birliyinin dağılmaması və Mərkəzi Asiya türklərinin Türk Birliyinə inteqrasiyasının dayanmaması üçün bu regionu yaxşı bilən və nüfuzu olan Nazarbayevdən istifadə etmək istəyir. 
 
Nazarbayevin həm SSRİ təcrübəsi, həm də Mərkəzi Asiya türkləri üzərindəki nüfuzu Türkiyə üçün Türk Birliyi yolundan onu əvəzedilməz şəxs edir.
 
Ərdoğan Nazarbayevi Antalyaya dəvət edərək onun həm Türkiyə üçün vacib olduğunu, həm də rəsmi Ankaranın onu dəstəkləyəcəyi mesajını verir. 
Ankaranın dəstəyini alan Nazarbayev həm ölkəsində, həm də Mərkəzi Asiyada mövcud nüfuzu saxlaya, hətta artıra bilər. 
 
Turan Rzayev 

OXŞAR XƏBƏRLƏR

SEPAH-ın daha bir komandiri yatdığı yerdə öldürüldü

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələstin Korpusunun komandiri Səid İzadi İsrailin İranın Qum şəhərində yerləşən mənzilinə etdiyi ha...

Paşinyan Ərdoğanı İrəvana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət edib.   Sfera.az bu barədə İnterfak...

"Naxçıvan uzun illərdir geridə qalıb" - Qüdrət Həsənquliyev

"Naxçıvan uzun illərdir Azərbaycanın digər bölgələri ilə müqayisədə bir qədər geridə qalıb".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin...

Əhaliyə XƏBƏRDARLIQ – Kartınızdan pul oğurlanmasını istəmirsinizsə...

Vətəndaşların bank kartlarından iyunun 20-də 10 min manatdan çox pul oğurlanıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. &n...

Hikmət Hacıyev xarici diplomatlarla birgə Bülbülün ev-muzeyində - VİDEO

Xəbər verdiyimiz kimi, Diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.   Sfera.az  xəbər verir ki, səfərdə Prezidentin kö...

Türkiyəda ard-arda zəlzələ baş verdi

Türkiyənin Samsun və Bodrum bölgəsində, arada kiçik fasilə ilə 3.5 gücündə zəlzələlər baş verib.   Sfera.az xəbər verir ki, AFAD məlumat yayıb. ...