İsrailin \"Bəhrəli zeytun ağacı\" istəyi - Azərbaycanla Türkiyənin bu prosesdən qazancı nə olacaq?

İsrailin \
"14 illik fasilədən sonra Türkiyəyə gələn İsrail prezidenti İsaak Hersoq çıxışında maraqlı bir məqama toxunub. Nazim Hikmətin "Yaşamaya dair" şeirinin maraqlı bir parçasını sitat gətirərək, "Birlikdə zeytun ağacı əkək, özü də gələcəyə görə yox, bir an öncə bəhrəsini görək", - deyib. Bu, bütün hallarda müsbət tendensiyadır və hadisələrin bu cür inkişafı gözlənilən idi". 
 
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli sosial şəbəkə hesabında paylaşım edib.
 
AYP başqanı 1 ay öncə ABŞ-də Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrail səfirlərinin görüşünü xatırladıb:
 
"Təxminən 1 ay əvvəl mühüm bir olay yaşandı. Amerikada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrail səfirləri arasında  görüş keçirildi. Görüşün detalları bizə məlum olmasa da, bu formatda görüşün siyasi əhəmiyyətinin Avropa və ABŞ rəsmilərinin Avropanı əlavə qazla təmin etmək üçün olduğu qənaətindəydik. 



Həmin görüşdən sonra qeyd etmişdim ki, Rusiyanın Ukraynada Avropanı qaz ixracını dayandıracağı ilə şantaj etməsi Qərbin üzünü Azərbaycan və Orta Asiyaya doğru çevirəcək və çevirdi. Çünki Avropa Rusiyanın qaz asılılığından qurtulmalıdır. 
 
Azərbaycan TAP və TANAP layihələri ilə Avropaya qaz ixrac edir. Ancaq bu layihələrlə satılan qazın həcmi azdır və böyük bir hissəsi Türkiyənin payına düşür. Yəni Azərbaycan təkbaşına Avropanın qaz ehtiyacini ödəyə bilməz. Bu baxımdan da regiondakı başqa qaz ixrac edən ölkələrlə birgə layihələri nəzərdən keçirməlidir. 


Nəzərə alaq ki, Qazaxıstan və Özbəkistan böyük qaz ehtiyatlarına malik iki ölkədir. Amma bu ölkələrin birbaşa Azərbaycanın iştirak etdiyi TAP və TANAP layihələrinə çıxışı yoxdur. Bu baxımdan hər üç ölkənin Avropaya qaz ixracatı üçün yeni layihələrdə iştirakı vacibdir. Məhz İsrailin də eyni problemi yaşaması, yəni Avropa ilə birbaşa quru yolunun olmaması regionda bu ölkəni önəmli enerji oyunçusuna çevirə bilmir.
 
Türkiyənin isə rolu burada tranzit ölkə kimi çox böyükdür. Türkiyə tək və güvənli daşıyıcı olaraq bu ölkələrin təbii qazını rahatlıqla Avropaya daşıya bilər.  
Bu, o deməkdir ki, Transxəzər Qaz Kəməri reallığa çevrilmək ehtimalı yüksəkdir". 
 

 
A.Əsədli Ukrayna hadisələri də bu layihənin gerçəkləşməsini sürətləndirdiyini vurğulayıb: 
 
"ABŞ var gücü ilə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı üçün bölgəmizdə yeni siyasi reallıqlar cərəyan eləməyə başlayır. 
Yəni bütün hallarda Azərbaycan bu prosesdən Türkiyə ilə birgə uduşlu çıxa bilər. 
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında enerji mövzusunda iş birliyinə hazır olduğunu bəyan edir. Və bu gün İsrail Prezidenti İsaak Hersoq Türkiyədədir, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəyə gedib". 
 
Gülay

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...