İcra başçısı İdman Kompleksindəki avadanlıqları satıbmış? - Göyçayda baş verən qanun pozuntularının DETALLARI

İcra başçısı İdman Kompleksindəki avadanlıqları satıbmış? - Göyçayda baş verən qanun pozuntularının DETALLARI
Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.
 
Sfera.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin də vəzifəsindən azad edilmə səbəbi bəzi qanun pozuntuları ilə əlaqəli olub. Belə ki, gənclər və idman naziri Fərid Qayıbovun regionlardakı vəziyyətlə tanış olmaq üçün bu yaxınlarda səfər etdiyi yerlərdən biri də Göyçay olub. Nazir tikilməkdə olan, eləcə də mövcud idman və gənclər infrastrukturunun fəaliyyəti ilə maraqlanıb, Göyçay Gənclər Evində, Göyçay Olimpiya İdman Kompleksində gənclər üçün yaradılan şərait və göstərilən xidmətlər barədə məlumat alıb.
 


Lakin iddialara görə, Qayıbovun qarşılaşdığı mənzərə heç də ürəkaçan olmayıb. Səfər zamanı nazirin iştirakı ilə sözügedən məkanlarda invertarlaşdırma və monitorinqlər aparılıb, amma rəsmi sənədlərdə qeyd edilənlərdən fərqli görüntü ortaya çıxıb – müəssisələrə məxsus olan avadanlıqların, ləvazimatların yerində olmadığı, satıldığı müəyyən edilib.
 
 
Mehdi Səlimzadənin əməllərinin təkcə bununla bitmir. Əldə etdiyimiz məlumata əsasən, icra başçısı ölkə büdcəsindən hər il rayonlara ayrılan milyonlarla pula da göz dikib – yolların təmir-bərpa işlərinə, işıqlamasına ayrılan, həmçinin bağçalar üçün nəzərdə tutulan büdcədən əsər-əlamətin olmadığı bəlli olub. 

Məsələn, Bərkuşat yoluna ayrılan 3 milyon manat yoxa çıxıb. Hətta bu yol infrastrukturu daha da bərbad hala salınıb. Belə ki, yolun köhnə asfalt örtüyü təmizlənib və satılıb, yeni asfalt isə çəkilməyib. Eyni zamanda, Göyçay şəhərinin işıqlandırılması, ağacların suvarılması istiqamətində heç bir iş görülməyib. Nəticədə ağaclar susuzluqdan çürüyərək evlərin üzərinə aşıb.
 
 
Qeyd edilən faktlar bir neçə dəfə mediada işıqlandırılıb. Məhz bunun nəticəsidir ki, məsələ icra başçısının vəzifədən azad edilməsi ilə yekunlaşmayıb, həm də Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi, o cümlədən Səlimzadənin köməkçisi Vahid İsayev, sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə dindirilməyə aparılıb. Sözügedən şəxslərlə yanaşı, bir neçə sahibkarın da dindirildiyi gələn məlumatlar arasındadır. Buna səbəb kimi isə, bir sıra ərazilərdə qeyri-qanuni torpaq satışının həyata keçirilməsi göstərilir. Bir torpaq sahəsinin saxta yollarla bir neçə nəfərə satışının təmin edildiyi ehtimal olunur. 

Türkan
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...