Mirzoyan Türkiyəyə gedişindən GÖZLƏNTİLƏR - Ermənistanın tərxibatlarıına Rusiya niyə susur?

Mirzoyan Türkiyəyə gedişindən GÖZLƏNTİLƏR - Ermənistanın tərxibatlarıına Rusiya niyə susur?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan "Facebook" səhifəsində yazıb. "Sizə bildiririk ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək”, - deyə o bildirib. 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov açıqlama verib.

Ekspert bildirib ki, bu açıqlamanın verildiyi gün Unanyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biri olduğunu deyib. 

"Ermənistan nümayəndə heyətinin Antalya diplomatiya forumunda iştirak edəcəyi gözlənilən idi. Çünki rəsmi İrəvan diplomatik əlaqələrin bərpasında, regional əməkdaşlıqda maraqlı görünür. Bu mənada çox güman ki, Antalyada Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və azərbaycanlı nazir Ceyhun Bayramovla ikitərəfli görüşlər keçiriləcək. Hətta üçtərəfli müzakirələrin baş tutması da istisna deyil. Görüşlərdə kommunikasiyaların açılması ilə yanaşı, yekun sülh müqaviləsinin imzalanması da gündəmdə olacaq. Nəzərə almaq lazımdır ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını bildirmişdi. Görüşlərdən sonra hər üç nazir jurnalistlərə açıqlamasında yəqin ki, müzakirələrin konstruktiv keçdiyini və regional əməkdaşlığa töhfə verəcəyini deyəcəklər. Böyük ehtimalla belə olacaq və Antalya diplomatiya forumu üçtərəfli əlaqələrin inkişafı, sürətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək”.  

Ekspertin sözlərinə görə, Ermənistan daxilində əlaqələrin bərpasını istəməyən qüvvələr var:

"Son vaxtlar cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədilməsinin bir məqsədi də məhz əlaqələrə zərbə vurmaqdır. Yəqin ki, növbəti günlərdə də oxşar hadisələrin şahidi olacağıq. 

Doğrudur, indi Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Amma Antalya diplomatik forumu, Cənubi Qafqazda baş verən hadisələr Moskvanın da maraqları daxilindədir. Bu mənada, yəqin ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Türkiyədə bu məsələlərlə bağlı Kremlin mövqeyini ifadə edəcək. Rusiyanın regional proseslərlə bağlı nə düşündüyünü indiki məqamda demək çətindir. Amma qarşıdakı günlərdə müxtəlif rəsmilər, o cümlədən Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, prezidentin sözçüsü Dmitri Peskov, XİN sözçüsü Mariya Zaxarova bu mövzuda açıqlamalar verə bilərlər. Onların erməni həmkarları ilə telefon danışıqları da mümkündür. 

Əgər Kreml özünün "ofsaytda" qalacağından, regiondakı təsir gücünün azalacağından narahatdırsa, o zaman yaxın günlərdə müxtəlif formalarda İrəvana təzyiqlərin, Qarabağla bağlı gözlənilməzliklərin də şahidi ola bilərik.

Bütün hallarda Ermanistan xarici işlər naziri Ararat Mirzoyanın Antalya diplomatiya forumunda iştirak edəcəyi müsbət haldır. Bu birbaşa təmaslara, daha aydın və şəffaf müzakirələrə şərait yaradacaq”.

Turan Rzayev

OXŞAR XƏBƏRLƏR

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

Azərbaycan Ordusunun 4-cü Ordu Birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. &n...

Sabah meteohəssas insanlar üçün hava necə olacaq?

Aprelin 19-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-ya verilən məlumata görə, Abşeron ya...

DİN-dən çağırış: Təcili Yardıma yol ver! - VİDEO

Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir. Həkim briqadalarının tibbi yardı...

Üç övladının gözü qarşısında ərinin qatili olmuşdu - Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü il...

Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırım...

Sabah Rusiya və Ukrayna 500-ə yaxın əsiri qaytaracaq

Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aprelin 19-u yeni məhbus mübadiləsi həyata keçirəcək.   Sfera.az xəbər verir ki, bu ...