Blinken Putindən nasistlərin öldürdüyü 1 yaşlı qardaşını xatırlamasını istədi: "İndi eynisini Rusiya edir"

Blinken Putindən nasistlərin öldürdüyü 1 yaşlı qardaşını xatırlamasını istədi:
ABŞ dövlət katibi Antoni Blinken Rusiya lideri Putinin şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Sfera.az bildirir ki, Putinin 1 yaşlı qardaşı Viktorun İkinci Dünya Müharibəsi zamanı Leninqradda nasist qüvvələri tərəfindən öldürüldüyünü xatırladan Blinken "Müharibənı dayandır” çağırışını təkrarlayıb. Onun bu açıqlaması dünya gündəmində səs-küy yaradıb.

ABŞ dövlət katibi Latviyanın paytaxtı Riqaya səfəri zamanı deyib:
 
"Hər bir rusiyalı bilir ki, İkinci Dünya Müharibəsi zamanı leninqradlılar sistematik olaraq aclıq və təqiblərə məruz qalıblar. Bu mühasirə milyonlarla rus ailəsinə, o cümlədən bir yaşlı qardaşı ölən prezident Putinə təsir edib. İndi Rusiya qüvvələrinin aramsız bombardmanlarını davam etdirdiyi cənub liman şəhəri Mariupolda yüz minlərlə insan aclıq və susuzluqdan ölür, bu, biabırçılıqdır. BMT ailələrin təhlükəsiz keçidini tələb edir. Bununla belə, rus qoşunları insanların ölkəni tərk etməsinə mane oldu”.

Qeyd edək ki, Blinkenin bu sözləri Putinin mülki şəxslərə qarşı təzyiqləri gücləndirdiyinə dair xəbərlər və görüntülər yayıldıqdan sonra səsləndirilib. Ağ Ev rəsmilərindən biri ABŞ-ın mülki şəxslərin qəsdən hədəfə alınıb-alınmadığını sübut edə biləcək məlumatlar topladığını söyləyib. Adının açıqlanmasını istəməyən digər səlahiyyətli şəxs isə Putinin işğalçı qüvvələrinin təxminən 100 faizini Ukraynaya göndərdiyini deyib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...