Müharibədən qaçan ukraynalı qadınlar fahişəliyə cəlb edilir - Dəhşətli faktlar

Müharibədən qaçan ukraynalı qadınlar fahişəliyə cəlb edilir - Dəhşətli faktlar
Müharibədən qaçan ukraynalı qadınlar cinayətkar dəstələrin hədəfinə çevrilib.

Sfera.az bildirir ki, sözügedən dəstələr qadın və uşaqların acınacaqlı vəziyyətindən istifadə etmək istəyiblər. Belə ki, "Daily Mail”ə danışan 27 yaşlı ukraynalı qadın fahişə dəstələri tərəfindən pulsuz nəqliyyat vədi ilə aldadıldıqlarını bildirib. O, qəzetə açıqlamasında Polşaya getmək istəyən dostuna bir kişi tərfindən təklif gəldiyini və həmin şəxsin onu pulsuz olaraq Varşavaya aparacağını söyləyib. Dostunun çətin vəziyyətdə olduğunu və təklifi qəbul etdiyini deyən gənc qadın, "Varşavaya gələndə dostumdan pul istəyib. Ona borclu olduğunu və işləməklə ödəyəcəyini bildirib”, - deyə qeyd edib.

Beynəlxalq "CARE” şirkətində insan alveri və cinsi istismarla mübarizə üzrə araşdırma aparan Lauren Agnyu isə Britaniya mediasına danışarkən deyib ki, Ukraynadakı müharibənin insan alveri üçün çox pis nəticələri olacaq:

"Avropadakı qaçqınlar artan istismar riski ilə üzləşirlər. Zaman keçdikcə qaçqınların insan alverçiləri tərəfindən istifadə edildiyini və fahişəliyə məcbur edildiyini mütləq görəcəyik. Bu dəstələr üçün müharibə mənfəət əldə etmək deməkdir. Onlar qaçqınların zəifliyindən istifadə edirlər”.

Polşa Daxili İşlər Nazirinin müavini Pavel Bossernaker isə son 24 saatda Ukraynadan Polşaya 106 min nəfərin gəldiyini və bunun son 10 gündə ən yüksək rəqəm olduğunu ifadə edib. Bossernaker müharibə səbəbindən Ukraynadan Polşaya ümumilikdə 800 min nəfərin keçdiyini bildirib.
 
"Biz Polşa-Ukrayna sərhədində 30 qəbul məntəqəsi yaratmışıq. Yerli hökumətlər tərəfindən yaradılan kiçik qəbul məntəqələri də mövcuddur”, - deyə o əlavə edib.


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...