Pullarını daşınmaz əmlaka yatıran məşhurlar: Hektarlarla torpaq, yaşayış kompleksləri, süpermarketlər...

Pullarını daşınmaz əmlaka yatıran məşhurlar: Hektarlarla torpaq, yaşayış kompleksləri, süpermarketlər...
Türkiyəli şou-biznes adamları qazandıqları pulları daşınmaz əmlaka yatırırlar.
 
Sfera.az bildirir ki, tanınmış simalar istər ölkədə, istərsə də xaricdə bir çox yerlərə sərmayə qoymağa davam edirlər. Necati Şaşmaz, Kənan İmirzalıoğlu və Hülya Avşar kimi məşhurların sahib olduğu daşınmaz əmlakların siyahısı sevənlərini təəccübləndirib.
 
Hazırda "Kim milyonçu olmaq istəyir?”  verilişinin aparıcısı  olan, aktyor Kənan İmirzalıoğlu bir çox evlə yanaşı, Tekirdağ Çerkezköydə 10 hektar torpaq da alıb.

Yaxın günlərdə yeni layihə ilə ekranlara qayıdacağını açıqlayan aktyor Necati Şaşmaz isə 2 milyon 600 min dollar ödəyərək İstanbulda iqamətgah alıb. Onun, həmçinin Ataşehir yaşayış kompleksində 50, Şişli Bomontidəki kompleksdə isə 18 mənzili, 1 süpermarketi və çox sayda böyük ərazisi var.

Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn Hülya Avşar da qazancını daşınmaz əmlaka qoyan məşhurlardadır. Müğənninin İstanbul, Bodrum, Ayvalık, Londonda daşınmaz əmlakı, İstanbul Rivada 900 sot torpağı var.

Müğənni Yıldız Tilbe isə İstanbulda yerləşən lüks kompleksdə 3 mənzil sahibidir. İzmirdə də daşınmaz əmlak investisiyaları edən ifaçının burada 1 ferma, 2 qış evi və çoxlu torpaq sahəsi olduğu deyilir.

İstanbulda 30 mənzili və mağazası olan ifaçı Seda Sayanın həm də Bodrumda 3 villası var. Bununla yanaşı, Sayanın London və Mayamidə də evlərinin olduğu bilinir. Müğənninin aylıq kirayə gəliri 500 min lirədir.

Digər tanınmış sima, müğənni Emrahın 100-ə yaxın daşınmaz əmlak sahibi olduğu iddia edilir. Məlumata görə, o, hər ay bunlardan 250 min dollar gəlir əldə edir.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...