Bu məhsullar ucuzlaşacaq - SİYAHI

Bu məhsullar ucuzlaşacaq - SİYAHI
Rusiya rublunun ucuzlaşması Azərbaycanın bu ölkədən idxal etdiyi bir çox malın dəyərdən düşməsinə səbəb olacaq.
 
Sfera.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri dollar rubl qarşısında 40 faizdən çox bahalaşıb. Fevralın 25-də 83 rubl olan bir dollar bu gün 117 rubla yüksəlib. 
 
Bəs, rüblün ucuzlaşması Azərbaycanın bu ölkədən idxal etdiyi hansı məhsulların ucuzlaşmasına səbəb olacaq?
 
Qeyd edək ki, məhsullar qiymətlərinin formalaşmasına görə 2 qrupa bölünür. 
 
Birinci qrup məhsulların dəyəri beynəlxalq birjalarda ABŞ dolları ilə müəyyənləşir. Həmin məhsulların qiymətinə rublun ucuzlaşması və ya bahalaşması təsir etmir. Məsələn, buğdanın, digər taxıl məhsullarının, neft və neft məhsullarının, əlvan və qara metalların, pambığın, kakao və kofenin, şəkərin, taxtanın və s. əmtəələrin qiymətləri birjalarda formalaşır. 
 
İkinci qrup məhsulların dəyəri isə ölkələrin daxili bazarında müəyyənləşir. Həmin məhsulların qiymətinə milli valyutaların, o cümlədən də rublun məzənnəsindəki dəyişikliyin təsiri var. 
 
Rusiyadan aldığımız belə məhsullar arasında kərə və bitki yağları, ət və ət məhsulları, süd və süd məhsulları, heyvan yemləri, avtomobillər və digər nəqliyyat vasitələri,  elektrik və məişət avadanlıqları, tikinti materialları, şirniyyatlar, şokalad və konfetlər, sous məhsulları, dərmanlar, spirtli və spirtsiz içkilər, şüşə qablar və digər mallar var. Rublun məzənnəsinin dəyişməsi ilə əlaqədar həmin malların ucuzlaşması gözlənilir.  
 
Ancaq rublun dəyər itirməsinin bu malların idxal qiymətinə təsirini tezliklə müşahidə etməyəcəyik. Bunun üçün məzənnənin ən azı 1 ay aşağı səviyyədə qalması lazımdır.
 
Sanksiyaların qalacağı təqdirqdə Azərbaycan istehlakçıları və istehsalçıları rus mallarının qiymətində enişi mart ayının sonlarından və ya ən geci ikinci rübdən başlayaraq aydın hiss edəcək.  
 
Vasif

OXŞAR XƏBƏRLƏR

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...

Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"

Azərbaycanın Xalq artisti, iş adamı və müğənni Emin Ağalarov Azərbaycanda fiqurlu konkisürmə idmanına marağı niyə yüksəltmək qərarına gəldiyini, bu səbəbdən buz...