Rusiyanın və rus xalqının məhrum olduğu brendlər – SİYAHI

Rusiyanın və rus xalqının məhrum olduğu brendlər – SİYAHI
Rusiyanın və rus xalqının məhrum olduğu brendlərin siyahısı genişlənir. 

Sanksiyalar səbəbindən dünyanın tanınmış markalarına sahib olan şirkətlər bir-birinin ardınca Rusiyanı tərk edir. Sanksiyalar aradan qalxmayana qədər Rusiya vətəndaşları, şirkətləri və dövlət qurumları bu markalar altında buraxılan məhsulların alıcısına çevrilə bilməyəcək, tanınmış şirkətlərin xidmətlərindən yararlanmayacaqlar. 

Sfera.az Rusiyanı tərk edən tanınmış şirkətlər haqqında kiçik araşdırma aparıb. Bu araşdırmadan görünür ki, Rusiya çox böyük "nemət”lərdən məhrum olub. 


 
"Apple Pay” rusiyalılar üçün xidmətlərini tamamilə dayandırıb. "Apple” şirkətinin təqdim etdiyi bu xidmət vasitəsilə mobil ödənişlər həyata keçirilir. 
 

 
"Apple” bu xidməti ilə bərabər Rusiya bazarından tam çıxdığını da elan edib. Artıq Rusiyada şirkətin məhsullarının satışı olmayacaq. Necə deyərlər, sonuncu "iPhone” sizin sahib olduğunuzdur.
 

 
"Adidas” milli futbol komandası ilə işləməkdən imtina edib. Milli komanda başqa şirkətlə əməkdaşlıq etməli olacaq. 

"Nike” isə bütün mağazaları bağlayacaq. 

Avtomobil nəhəngləri də Rusiyadan üz döndərir. 
 
 

"Audi”, "Chevrolet”, "Cadillac” avtomobil brendləri bazardan kənarlaşıb. "BMW” daha Rusiyada avtomobil istehsal etməyəcək, həmçinin ehtiyat hissələrini təchiz etməyəcək. Firmanın ölkədəki zavodları bağlanacaq. "Ford” da bütün mağazaları bağlayacaq, "General Motors” ölkəyə ixracı dayandıracaq. "Mercedes” və "Mitsubishi” də ölkəyə mal satmayacaq. Artıq Rusiya yeni "Mercedes”i ala bilməyəcək. "Porsche” və "Renault” da bazardan çıxacaq.

Dünyanın nəhəng mikroçip tədarükçüsü olan AMD ölkəyə ixracı qadağan edib və tezliklə video kartların da tədarükünə məhdudiyyət gətirəcəyini açıqlayıb. 
 


HP daha noutbuklar satmayacaq, "Intel” mikroçip təchizatını həyata keçirməyəcək, "Lenovo” bazardan çıxacaq.

İnformasiya və kommunikasiya texnologiyaları bazarının digər aparıcı şirkətlərindən olan "Dell”, "Dropbox”, "Ericsson” Rusiya ilə sağollaşacaq.

DHL, "FedEx” bundan sonra Rusiyaya mal, paket daşımayacaq. "Ali express”ASOS isə vidalaşmağa hazırlaşır. 

Ən böyük qlobal elektron ticarət platforması olan "Amazon” Rusiya üçün bütün pərakəndə satışı tam bağlayıb. 

Nəhəng pivə istehsalçısı "Carlsberg” Rusiyaya ixrac məhdudiyyəti gətirib, "Coca Cola” bazardan çıxmağı planlaşdırır. 

"Danone” də Rusiyada olmayacaq, "Disney” bütün filmləri ləğv edəcək. 
 


"Facebook” Rusiya media hesablarını qadağan edəcək, "Twitter”də Rusiya vətəndaşları üçün hesabları qeydiyyatdan keçirmək mümkün olmayacaq, "Google Pay” qismən blok qoyacaq, "Google Maps” ruslar üçün məlumatları bağlayacaq, "Instagram” təbliğat işlərini bloklayacaq.

"Microsoft Office” də məhdudiyyətlər haqqında düşünür, "Netflix” rus abunələrinə bloklayacaq, rus seriallarının istehsalını dayandıracaq. "Samsung” isə ödəniş xidmətini bloklayacaq. 

Adıçəkilən şirkətlər Rusiyada fəaliyyətini dayandıran, ölkəyə mal və xidmət satışını ləğv edən qlobal şirkətlərin yalnız bir neçəsidir. Bu cür qərar qəbul edən şirkətlərin siyahısı hər gün genişlənir. 

Vasif 

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...