Zelenskinin taktikasında \"Saakaşvili detalı\": Müharibə başlayandan bəri niyə eyni rəngdə geyinir?

Zelenskinin taktikasında \
Ukrayna Prezidenti Volodimir Zelenski haqqında maraqlı iddia ortaya atılıb.
 
Sfera.az bildirir ki, bu dəfə ekspertlər Zelenskinin Rusiyaya dirənişində "Saakaşvili detalı”ndan söz açıblar. Mütəxəssislər 2008-ci ildə Zelenski kimi qərbyönlü, Putinin qəzəbinə tuş gələn və ölkəsinin böyük hissəsini Rusiya ordusunun dəstəklədiyi separatçılara itirən keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin profilini xatırdıblar. Ukrayna prezidentinin "çarəsiz lider”, "rus helikopterlərindən qaçan şəxs” obrazı ilə yadda qalan Mixailin fonunda yaxın keçmişi heç vaxt unutmadığı və müqavimət planını buna uyğun qurduğu irəli sürülüb.
 


Bununla bağlı beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis, professor Hüseyn Kazanın da fikirləri diqqət çəkib. O, Zelenskinin Saakaşvili ilə bağlı qeyd edilən faktların fərqində olduğunu  və ölkə başçısının güclü obraz yaratmağa çalışdığını vurğulayıb:

"Bu kontekstdə o, mətbuata verdiyi açıqlamalarda və sosial şəbəkələrdəki paylaşımlarında daima müharibə əleyhinə siyasət yürüdür və diplomatiyaya önəm verərək ictimaiyyətin gözündə yaxşı imic yaratmağa çalışır. Zelenski sosial mediadan fəal istifadə etməklə Ukraynanın güclü mübarizə apardığını vurğulayır. O, digər ölkələrin dəstəyini paylaşaraq təşəkkür mesajları bölüşür, kömək istəyir və bu çağırışlarına təkcə dövlətlər səviyyəsində deyil, tanınmış simalar tərəfindən də cavab verilir. Məsələn, dünya şöhrətli müğənni Madonna "Instagram” hesabında Ukraynanı müdafiə, Rusiyanı tənqid edən paylaşım edəndən sonra Zelenski də onu izləməyə başladı”.

Mütəxəssis sosial mediadan səmərəli istifadə sayəsində Zelenskinin həm Rusiyanın Ukraynadakı işğalını bütün dünyaya çatdırdığını, həm də qarşı tərəfin verdiyi itkiləri tez-tez dilə gətirməklə öz xalqına güc qazandırdığını əlavə edib. H.Kazan, keçmiş teatr və televiziya xadimi olan Zelenskini "ictimai rəyi necə manipulyasiya edəcəyini  yaxşı bilən lider” kimi dəyərləndirib. 

Ekspert həmçinin, Ukrayna rəhbərinin geyiminin rənginə də diqqət çəkib. O, Volodimirin xaki rəngli köynək və paltolara üstünlük verdiyini, geyimləri ilə "hamımız əsgərik” şüarını gücləndirdiyini vurğulayıb:

"Ali baş komandan ”əsgər rəngi” olaraq bilinən bu rənglərlə öz mesajını verir - həm ordusuna, həm də xalqına hərbi cəhətdən rəhbərlik etməyə çalışır. Dövlət başçılarının istisna durumlardan başqa, üstünlük vermədiyi  bu rənglər vəziyyətin ciddiliyini göstərmək və müharibəni vurğulamaq baxımından son dərəcə əhəmiyyətlidir”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...