Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nəhayət imzalana bilər - Paşinyan prosesi niyə tezləşdirmək istəyir?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nəhayət imzalana bilər - Paşinyan prosesi niyə tezləşdirmək istəyir?
"Paşinyanın açıqlamaları Putinin təhdidi ilə əlaqədardır".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və Azərbaycanla sülh sazişinin imzalanacağı ilə bağlı çıxışını şərh edən politoloq Natiq Miri Sfera.az-a açıqlamasında deyib.

Politoloq Paşinyanın açıqlamalarının Putinin təhdidi ilə əlaqədar olduğunu bildirib. 

Ekspert Rusiya Prezidentinin ikitərəfli münasibətlərin normallaşmasında qətiyyətli mövqedə olduğunu qeyd edib:

"Nikol Paşinyan zaman-zaman sülh müqaviləsinin imzalanması yönündə maraqlı olduğunu bəyan edib. O, bununla prosesdə sülhdən yana dövlət kimi çıxış etdiyini nümayiş etdirməyə çalışır. Bundan əlavə, belə bir açıqlamanın verilməsinə Ukrayna-Rusiya müharibəsinin də çox böyük təsiri var. Çünki Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı sənəd imzalandıqda, Putin Paşinyanla da danışdı və üçtərəfli bəyannamənin icrası məsələsi müzakirə olundu. Son  telefon danışığı əvvəlkilərdən daha fərqli və sərt idi. Bu fonda düşünürəm ki, Putin Paşinyana da bu məsələdə nə qədər ciddi olduğunu ifadə etməyə çalışdı. Putin Ukraynaya qarşı müharibədən zəif şəkildə çıxarsa, bu, Ermənistanın mövqelərini Azərbaycan qarşısında zəiflədəcək. Çünki regionda Ermənistanı Rusiyadan başqa dəstəkləyən güc yoxdur. Rusiya müharibədən qalib çıxarsa, bu, yenə də Paşinyana sərf etmir və məcbur qalacaq ki, Azərbaycanın şərtlərini yerinə yetirsin”. 

Ekspert Rusiyaya sanksiyaların tətbiq edilməsinin sülh müqaviləsini tezləşdirəcəyini deyib:

"Nikol Paşinyanın başqa yolu yoxdur. Kommunikasiya xətlərinin açılması, Qarabağdakı erməni birləşmələrinin çıxarılması ilə sonda sülh müqaviləsinin imzalanmasının zamanı gəlib çatıb. Paşinyan da bunu görür və belə açıqlamalar verir. Rusiya tətbiq olunan sanksiyalar fonunda yeni kommunikasiya sistemlərinə ehtiyac duyur. Bu baxımdan sülh müqaviləsinin imzalanması tezləşəcək”. 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...