Logo

Makron Əliyevdən bu məsələdə kömək istədi: Bakı geosiyasi qarşıdurmada...

Makron Əliyevdən bu məsələdə kömək istədi: Bakı geosiyasi qarşıdurmada...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Emmanuel Makronla İlham Əliyev arasında baş tutan telefon zənginin əsas mövzusu enerji məsələləri olsa da, Ukraynada cərəyan edən böhran vəziyyəti və bu ölkəyə humanitar dəstəyin göstərilməsi məsələləri də müzakirə olunub”. 

Bu sözləri Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefon zəngi haqda danışarkən siyasi şərhçi Asif Nərimanlı Sfera.az-a açıqlamasında deyib.

O bildirib ki, Fransa Ukraynada cərəyan edən böhran vəziyyətindən ciddi şəkildə narahatdır:

"Fransa Rusiya ilə münasibətləri korlamaq istəmədiyi kimi Rəsmi Moskvanın göz görə-görə Ukraynanı işğal etməsinə də səssiz qalmaq istəmir. Mümkündür ki, Fransa Prezidenti İlham Əliyevdən Putinlə təmasların qurulmasında iştirak etməyini istəyir. Görünür, rəsmi Bakının sərgilədiyi balans siyasətini Fransa da müsbət qarşılayır.

Bakı həm Rusiya-Ukrayna, həm də Qərb-Rusiya toqquşmasında vasitəçi tərəf kimi çıxış edə bilər. Prinsip etibarilə bu, Azərbaycanın geosiyasi qarşıdurmadan zərərsiz çıxa bilməsinin ən sərfəli yoludur”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR