İngilis deputatın Azərbaycan "SEVDASI" - Belarusa yox, Rəsmi Bakıya sanksiya istəməsinin SƏBƏBİ

İngilis deputatın Azərbaycan
Britaniya parlamentinin leyborist partiyasından olan təmsilçisi Marqaret Hodcun Ukrayna böhranı müzakirə edilərkən xarici işlər naziri Elizabet Trassa ünvanladığı, "Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?, - sualı qərəzli olduğu qədər maraq da doğurub.
 
Göründüyü kimi, xanım deputat bu sualla əslində Azərbaycanın sanksiyalar siyahısına daxil edilməsini israrla istəyir!
 
Bu zaman belə bir sual yaranır: Bu şəxsi Azərbaycana düşmən edən səbəb nədir? 
 
Əslində Marqaret Hodcun Azərbaycanla xüsusi bir ədavəti yoxdur. Onun öz dili ilə desək, "İt's just business”. Yəni onun üçün bu, sadəcə bir işdir. Bu "işin" arxasında isə həmişəki kimi erməni lobbisi dayanır. Prinsip etibarilə, Marqaret Hodc erməni ictimaiyyətinə yad bir şəxs deyil. Onun ölkəmiz əleyhinə açıqlamaları indiyədək erməni mətbuatı tərəfindən dəfələrlə yayımlanıb. Hodcun antiAzərbaycan fikirləri isə əsasən 2017-ci ildən başlayıb. Məsələ ondadır ki, 2016-cı il Aprel döyüşləri zamanı Ermənistanın məğlub olması, digər tərəfdən keçilməz sayılan Ohanyan səddinin Azərbaycan ordusu tərəfindən bir neçə saata keçilməsi ictimaiyyətdə təlatümə səbəb oldu. Qorxuya düşən erməni rəsmilər cavab addımını xaricdə fəaliyyət göstərən erməni lobbisi üzərindən verməyə başladı. Erməni lobbisi antiAzərbaycan propaqandasını, xüsusilə maliyyəsi hesabına vəzifəyə gətirdiyi Avropa ölkələrinin parlamentlərindəki deputatlar üzərindən aparırdı. Hodcun da antiAzərbaycan fikirlərini Aprel döyüşlərindən  qısa bir müddət sonra, yəni 2017-ci ilin əvvəlləri başlaması diqqət çəkir. Maraqlıdır ki, Hodcun mənsub olduğu Leyboristlər partiyası da ona bu istiqamətdə dəstək verir. Bu səbəbdəndir ki, erməni mediası ilə yanaşı, Hodcun belə fikirləri Qərb KİV-lərində işıqlandırılıb. Onu da qeyd edim ki, Leyboristlər partiyası Avropada erməni lobbisi ilə ən geniş əlaqələrə malik partiyadır. 
Marqaret Hodc qondarma erməni soyqırımının Britaniyada tanınması istiqamətində ən çox tanınan leyboristdir. Qeyd etdiyim kimi, xanım deputat üçün bu sadəcə bir işdir və o erməni lobbisindən aldığı pulun müqavilində bu işi canla-başla görür. Yeri gəlmişkən, Marqaret Hodcun şəxsi sərvətinin hazırda 100 milyon dollardan artıq olduğu məlumdur.
 
Xanım deputatın sərvətindən söz açmışkən, demək lazımdır ki,  erməni lobbisindən başqa onu Belarusa bağlayan səbəblər də var. Həmin səbəb isə metal sənayesi sektorunda dünyaca məşhur olan "Stemcor” şirkəti ilə bağlıdır. Bu şirkət 2020-ci ilə qədər Marqaret Hodcun qardaşı Ralf Openhaymerə məxsus olub. 
 
Göründüyü kimi, xanım deputatın rus qoşunlarının Ukraynaya girməsi üçün öz ərazisindən sərbəst keçid imkanı təmin edən, bu da azmış kimi, qoşunlarını Ukraynanın Çerniqov vilayətinə daxil olan Belarusa qarşı yox, məhz Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini istəməsi təsadüfi deyil. 
 
Turan Rzayev

 

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...