Logo

Rusiyanı dəstəkləyənlər cəzalanacaq – Yeni QƏRAR

Rusiyanı dəstəkləyənlər cəzalanacaq – Yeni QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çexiya Prokurorluğu Rusiya-Ukrayna müharibəsində rus dəstəkçilərlə bağlı qərar verib.

Sfera.az xəbər verir ki, Çexiyanın Ali Dövlət Prokuroru İqor Striz mətbuata verdiyi açıqlamada Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə dəstəkləyənlərə üç ilədək həbs cəzası verilə biləcəyini söyləyib.

O bildirib ki, Çexiya Cinayət Məcəlləsinin 365 və 405-ci maddələrinə əsasən, cinayəti açıq şəkildə təqdir edən və ya cinayətkarı açıq şəkildə tərifləyən hər kəs bir ilədək, soyqırımı aktına haqq qazandırmağa çalışanlar isə 3 ilədək həbs oluna bilər.

Prokuror internet platformalarında rusların işğalını və Rusiya ordusunun fəaliyyətini təqdir edən onlarla şəxsi müəyyən edib və bu istiqamətində monitorinqlərini davam etdirdiklərini deyib.

Çexiyada Rusiyanın Ukraynadakı hərəkətlərini təqdir edən və ya Rusiya Federasiyası liderlərini tərifləyən şəxslərin ictimai çıxışları cinayət məsuliyyəti sayılacaq.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR