Neftin qiyməti 140 dollara yüksələcək – Digər əmtəələrdə də bahalaşma olacaq

Neftin qiyməti 140 dollara yüksələcək – Digər əmtəələrdə də bahalaşma olacaq

Rusiya-Ukrayna müharibəsi neft qiymətlərindəki artımı bir qədər də gücləndirib. "Brent” neftinin qiyməti 112 dollara, Azərbaycan neftinin qiyməti isə 115 dollara yüksəlib. Neft qiymətlərinin yüksəlməsi ilə bağlı daha bədbin proqnozlar verilir.
 
Sfera.az xarici maliyyə institutlarının və birja analitiklərinin şərhlərinə istinadən bildirir ki, yaxın tarixdə neft qiymətlərinin 140 dollara çatması realdır. 
 
Bu fikri gücləndirən əsas xəbərlərdən biri ABŞ-ın Rusiya neftinə sanksiya tətbiq etməyə hazırlaşmasıdır. ABŞ prezidenti qeyd edib ki, yaxın günlərdə bununla bağlı qərar qəbul edilə bilər. 
 
Rusiyanın neft ixracına məhdudiyyətin tətbiq edilməsi qlobal neft bazarında neft və neft məhsullarının çatışmazlığı problemini yaratma ehtimalı yüksəkdir.
 
Son məlumatlara görə, Rusiya gün ərzində 10,5 milyon barel neft hasil edir. Bunun 5 milyon bareli xam neft şəklində ixrac edilir, daha 2-2,5 milyon bareli isə emal edilərək neft məhsulları şəklində xaricə satılır. Əgər Rusiyadan idxal 50 faiz azaldılarsa, hər gün 3-3,5 milyon barel əlavə neftə ehtiyac yaranacaq. 
İndiki vəziyyətdə neft ixrac edən ölkələrin bunu təmin etməsi asan olmayacaq. Çünki dünyada onsuz da neft təklifi neft tələbindən azdır. 
 
Hər gün dünyada 100-102 milyon barel neftə ehtiyac olduğu halda hasilat 96-98 milyon barel təşkil edir. Göründüyü kimi, onsuz da qlobal neft bazarında xammal çatışmazlığı var. Məhdudiyyətlər səbəbindən təklif daha 3-3,5 milyon barel azalarsa, defisit bir qədər də böyüyəcək və nəticədə qiymətlər daha da yüksələcək. 
 
Məhz defisitin böyüyəcəyini ehtimal edən maliyyə qurumları, investorlar neft qiymətlərinin 140 dollara yüksələcəyini proqnozlaşdırır. 
 
Neft qiymətlərinin yüksək səviyyəyə çatması Azərbaycan üçün əlverişlidir. Bahalaşan neft ölkəmizin ixrac gəlirlərinin kəskin artmasına səbəb olacaq. 
Biz bunu 2022-ci ilin yanvar ayının ticarət göstəricilərindən də görürük. Yanvarda ölkəmizin neft, qaz və neft məhsullarının satışından gəliri 2,85 milyard dollar oub ki, bu da 2021-ci ilin birinci ayındakı gəlirlə müqayisədə 1,39 milyard dollar çoxdur. 
 
Ehtimal ki, fevralda gəlirlər daha çox artacaq. Lakin neft qiymətlərinin olduqca yüksək səviyyəyə çatması bütün əmtəələrin qiymətini artırdığından ölkəmizdə növbəti bahalaşma dalğası yaranacaq. Aparılan hesablamalar göstərir ki, neft qiymətlərinin 10 dollar artması dünyada əmtəə qitymətlərinin orta hesabla 1 faiz bəndi artmasına səbəb olur. 

Buna görə də baha neft Azərbaycana xaricdən idxal edilən gündəlik istehlak mallarının, sənayedə istifadə olunan xammal və aralıq məhsulların, həmçinin investiya məqsədilə alınan malların bahalaşması ilə nəticələnəcək. İndiki qiymət səviyyəsi qalarsa və ya neft bir qədər də bahalaşarsa, 2022-ci ildə ölkəmizdə ortaillik inflyasiya səviyyəsi proqnozlaşdırıldığı kimi 6-7 faiz yox, 9-10 faiz, hətta bir qədər də yüksək olacaq.
 
Vasif

 

OXŞAR XƏBƏRLƏR

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...