Rusiya Ukrayna ilə növbəti danışıqları təxirə saldı

Rusiya Ukrayna ilə növbəti danışıqları təxirə saldı
Rusiya Ukrayna ilə növbəti danışıqları təxirə salıb.
 
Sfera.az bildirir ki, bu barədə  TASS informasiya agentliyi məlumat yayıb. Lakin bununla bağlı Ukraynadan  hər hansı açıqlamanın verilmədiyi qeyd olunub.
Xatırladaq ki,  Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar zamanı tərəflərin tələbləri bəlli olmuşdu. Qeyd olunmuşdu ki, Rusiya Ukrayna ilə danışıqlarda Kiyevdən parlament səviyyəsində bloklara qoşulmamaq statusunu təmin etməyi və referendum keçirməyi tələb edib. Bundan başqa, Rusiya tərəfi Ukraynadan separatçı Donetsk və Luqansk Xalq Respublikalarını tanımasını və Krımın Ukraynaya qaytarılması tələbini geri götürməsini istəyib.

Ukrayna prezidenti Zelenski isə sosial media hesabından danışıqların nəticə vermədiyini söyləyərək, "Nümayəndə heyəti Kiyevə qayıdanda biz eşitdiklərimizi təhlil edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə qərara verəcəyik”, fikirlərini əlavə etmişdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...