Rusiyadan Azərbaycana pul köçürmələri azalacaq

Rusiyadan Azərbaycana pul köçürmələri azalacaq
Rusiya banklarına sanksiyaların tətbiq edilməsindən sonra ölkədən nağd formada xarici valyutanın çıxarılmasının məhdudlaşdırılması Azərbaycana da pul köçürülməsini azaldacaq.  

Sfera.az xatırladır ki, ABŞ, Avropa İttifaqı ölkələri və digər inkişaf etmiş ölkələr Rusiya banklarının xarici valyutada əməliyyatlarına məhdudiyyət tətbiq edib. Bu qadağalar Rusiyanın başqa ölkələrlə maliyyə əməliyyatlarını çətinləşdirib, xarici valyutaya konvertasiya olunan vəsaitlərin həcmini artırıb.  

Bunun qarşılığında Rusiya Prezidenti Vladimir Putin ölkədən 10 min dollardan artıq nağd xarici valyutanın çıxarılmasını qadağan edib. Qərar martın 2-dən etibarən qüvvəyə minir. 

Tətbiq edilən məhdudiyyətlər Rusiyadan Azərbaycana pul köçürmələrini xeyli azaldacaq. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2021-ci ilin 9 ayında Rusiyadan ölkəmizə fiziki şəxslər tərəfindən 352,45 milyon dollar dəyərində pul göndərilib. 2020-ci ildə bu məbləğ 606 milyon dollar olub.  

Məhdudiyyətlər pul köçürmələrinin həcmini bir neçə dəfə azaldacaq. Azalmanı 2022-ci ildə müşahidə edəcəyik. 

Vasif
 

OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...