Müharibənin turizmə ZƏRBƏSİ - Rusiyalı turistlər harada dincələcək?

Müharibənin turizmə ZƏRBƏSİ - Rusiyalı turistlər harada dincələcək?
"Rusiya-Ukrayna müharibəsi turizm böyük zərbə vurub. Ölkələrdəki turzim sektorları böhranla üzləşəcək".
 
Bunu mövcud müharibə səbəbilə bir sıra ölkələrin Rusiya ilə hava məkanını bağlaması ilə turizmə dəyən zərər və buna adekvat olaraq daxili turizmin inkişafını şərh edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndəsi Göydəniz Qəhrəmanov Sfera.az-a açıqlamasında deyib
 
O bildirib ki, müharibə turizm sənayesinə ciddi zərbə endirəcək:

"Rusiya və Ukrayna arasında baş verən müharibə turizm sektoruna böyük zərbədir. Çünki il ərzində həm Ukraynadan, həm də Rusiyadan milyonlarla turist istirahət üçün digər ölkələrə üz tutur. Həmin ölkələr isə bilmirlər ki, bu sezon Rusiyadan turist qəbul edə biləcəklər, ya yox. Bu da o deməkdir ki, o ölkələrdəki turzim sektorları böhranla üzləşəcək. Ümid edirik ki, yaxın vaxtlarda müharibə səngiyəcək və turistlərin bir qismi yay fəslində istirahətlərini həmişə olduğu kimi təşkil edəcəklər. Rusiyadan Avropa ölkələrinə uçuşların ləğvi logistika sisteminə mənfi təsir edir”. 

Ekspert Rusiyanın daxili turizmi inkişaf etdirməsi məsələsi barədə də danışıb:

"Rusiyanın daxili bazarlarına gəldikdə isə, milyonlarla turistə lazımınca xidmət göstərə biləcəklərini düşünmürəm. Belə ki, Türkiyə otellərinin verdiyi yüksək xidməti çox nadir halda hansısa ölkə təqdim edə bilir. Bundan əlavə, onlar qiymət siyasətində daha loyaldırlar. Ona görə də Rusiya və Ukraynanın bu məsələdə çətinlikləri olacaq. Ümid edirik ki, qısa zamanda müharibə dayanacaq və turizm sektoru öz işini bərpa edəcək”. 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...