Rusiya Ukraynadan sonra bu ölkəyə hücuma keçəcək: Lukaşenko xəritə üzərində göstərdi - FOTO
11:52 / 02.03.2022
5581
Belarus prezidenti Aleksandr Lukaşenko Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən maraqlı hadisə baş verib.
Sfera.az bildirir ki, Lukaşenkonun təqdim etdiyi xəritədə Rusiya qoşunlarının Ukrayna daxilində hərəkət yolu aydın görünüb. Bununla yanaşı, xəritədə göstərilən digər ox Rusiyanın hədəfində olan növbəti ölkə ilə bağlı iddiaları gündəmə gətirib.
Belə ki, sözügedən işarə Ukraynanın cənubundakı Odessa şəhərinin üzərindən Moldovanın Ukrayna ilə sərhədində rus separatçılarının yaşadığı Dnestryanı bölgəni göstərib. Bu da Rusiyanın hərbi müdaxilə edəcəyi növbəti ölkənin Moldova olacağı fikirlərini gücləndirib.
Günay Rəsulqızı
Sfera.az