Rusiya Gürcüstan və Moldovaya da hərbi müdaxilə etməyi planlaşdırır? - AÇIQLAMA

Rusiya Gürcüstan və Moldovaya da hərbi müdaxilə etməyi planlaşdırır? -  AÇIQLAMA
Son günlər Ukrayna-Rusiya müharibəsi fonunda fərqli iddialar səsləndirilir. Bunlardan biri də Rusiyanın narazı qaldığı digər bölgələrlə bağlıdır. Söhbət xüsusilə Gürcüstan və Moldovadan gedir.
 
Maraqlıdır, Rusiya baş verən proseslərdən istifadə edərək sözügedən ölkələrə də hərbi müdaxilə edə bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov qeyd edib ki, keçmiş Sovet İttifaqına daxil olan ölkələr içində Rusiya ilə münaqişə vəziyyətində olan digər dövlətlər də var və Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Gürcüstan və Moldava kimi belə ölkələrdə də müəyyən hərəkətlilik nəzərə çarpır:

"Bu hərəkətliliyi iki istiqamətdə təhlil etmək mümkündür. Bu ölkələrdə Rusiyanın əleyhinə olan qüvvələr Putin  ətrafında yaranan mövcud vəziyyətdən istifadə edərək özlərinin çoxdankı arzularını həyata keçirməyə çağırırlar. Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın təzədən qaytarılması, Moldovada isə Dnestryanındakı mövcud olan separatçıların oradan çıxarılmasının vaxtının gəldiyi düşünülür. Bu iki ölkədə mövcud olan rus meylli qüvvələr Rusiyanın Ukraynadan sonra bu ölkələrlə haqq-hesab çəkəcəyini proqnozlaşdırır və əhalini Rusiyaya qarşı hərəkt etməməyə səsləyirlər”.

Müsahibimizin fikrincə, iki keçmiş sosialist respublikasında mövcud olan qüvvələr Rusiya-Ukrayna qarşıdurmasından gözlənilən  nəticə məlum olmayınca heç bir addım atmayacaqlar:

"Onlar Rusiyaya olan münasibətləri ilə əlaqədar münaqişə ətrafında konturların aydınlaşmasından sonra qərar qəbul edəcəklər. İndi Rusiyanın mənafeyinə atılan addımlar  Rusiyanın əleyhinə atılacaq addımlar kimi təhlükəli ola bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...