Moskvada müharibə əleyhdarlarına SƏRT MÜNASİBƏT: 2 ana və 5 uşaq saxlanıldı - FOTO

Moskvada müharibə əleyhdarlarına SƏRT MÜNASİBƏT: 2 ana və 5 uşaq saxlanıldı - FOTO
Rusiyada yüzlərlə insan küçələrə axışaraq Ukrayna ilə müharibənin dayandırılmasını və sülhün bərqərar olmasını tələb edib.

7-11 yaş aralığında olan uşaqlar əllərində "Müharibəyə yox” yazılmış plakat daşıyaraq səfirliyin binası önünə gül dəstələri qoyublar.

Bu əsnada ətrafda təhlükəsizlik tədbirləri həyata keçirən Rusiya polis qrupları 2 ana və 5 uşağı saxlayaraq avtomobillərinə mindirib.

Polis bölməsinə aparılan qadın və uşaqlar dindirildikdən sonra sərbəst buraxılıblar. Hadisə Rusiyada böyük əks-səda doğursa da, Rusiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, paytaxt Moskva və Sankt-Peterburqda Rusiyanın Ukraynaya hücumuna qarşı keçirilən icazəsiz aksiyalarda yüzlərlə insan iştirak edib.

Nümayişlərin icazəsiz keçirilməsi barədə xəbərdarlıq edən polis insanlara sərt şəkildə müdaxilə edib.

Nümayişlər zamanı 260-dan çox şəxs saxlanılıb.

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...