Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir: Roman Abramoviç dünən niyə Bakıya gəlib?

Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə izlənilir: Roman Abramoviç dünən niyə Bakıya gəlib?
Mərkəzi Florida Universitetinin 19 yaşlı tələbəsi Cek Svini "Twitter” hesabında rus oliqarxlarına, o cümlədən "Çelsi”nin sahibi Roman Abramoviçə məxsus təyyarələrin yerləşdiyi yerləri göstərib.
 
Sfera.az bildirir ki, onun sözlərinə görə, "Twitter” hesabında (Russian Oliqarch Jets) hazırda Rusiyanın ən zəngin adamlarına məxsus 39 təyyarə, o cümlədən şəxsi təyyarələr və helikopterlər izlənir.  Svini "Bloomberg”ə deyib ki, o, Ukraynaya müdaxilədən sonra rus oliqarxlarının təyyarələrini izləmək üçün bir neçə sorğu aldıqdan sonra hesabı açıb.

Məsələnin maraqlı tərəfi odur ki, Roman Abramoviçə məxsus təyyarə dünən Bakı istiqamətində də görünüb. "Roman Abramoviçin Jet LX-RAY təyyarəsi Bakı yaxınlığında yerə enib”, - deyə məlumatda qeyd olunub.  19 yaşlı gəncin son paylaşımına əsasən isə sözügedən təyyarənin 1 saat əvvəl Moskava yaxınlığında olduğu göstərilib.

Xatırladaq ki, ötən ay Cek Svini "Tesla”nın baş direktoru İlon Maskı izləmək üçün "Twitter” hesabı yaratmışdı. Mask hətta hesabın silinməsi üçün tələbəyə 5000 ABŞ dolları təklif etmişdi.
 




Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...