Xarkovdakı azərbaycanlı tələbələrin yaxınları DANIŞDI: "Zirzəmidə qalırlar, ac-susuzdurlar" - FOTO
Media
11:17 / 01.03.2022
2698
Ukraynada təhsil alan azərbaycanlı tələbələr çətin vəziyyətdə qalıb.
Bu barədə Sfera.az-a tələbələrin yaxınları məlumat verib. Qeyd olunub ki, Xarkov Fövqəladə Hallar Akademiyasının birinci kurs tələbələri Müslüm və Fərəc Balamemmedovların hazırda vəziyyəti yaxşı olsa da, onların ərazidən çıxarılıb-çıxarılmadıqları sual altındadır.
"Ümumilikdə orada 10 azərbaycanlı tələbə var və vəziyyətləri çox gərgindir. Müharibə başlayandan tələbələr akademiyanın zirzəmisinə salınıb. Bizimkilər ac-susuz kənarda qalıb. Onları təcili şəkildə evakuasiya etmək lazımdır”, - deyə verilən məlumatda bildirilib.
Günay Rəsulqızı
Sfera.az