Sanksiyaların Rusiyaya vurduğu ZƏRBƏ - Neft ixracındakı problemlərin AZƏRBAYCANA TƏSİRİ

Sanksiyaların Rusiyaya vurduğu ZƏRBƏ - Neft ixracındakı problemlərin AZƏRBAYCANA TƏSİRİ

"Rusiya Baltik, Qara və Azov dənizləri vasitəsilə ixrac etdiyi neftin satışında çətinliklərlə üzləşib”.

 

Bunu Rusiyanın neft satışında üzləşdiyi çətinliklərin Azərbaycan iqtisadiyyətına mümkün təsirlərini şərh edən neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev Sfera.az-a açıqlamasında deyib.

 

O qeyd edib ki, Qara dənizin Rusiya limanlarında daşınma xərcləri davamlı artır və beynəxalq gəmiçilik şirkətləri Rusiya limanlarına yan almaqdan boyun qaçırır: "Qara dənizdəki Novorossiysk Limanından Qara dəniz və Aralıq dənizi enerji bazarlarına gündəlik 400 min bareldən yuxarı neft ixrac edilir. Bu ixrac həcmlərinin daxilində Rusiya ilə yanaşı Qazaxıstan və Azərbaycana da məxsus neft var. Hazırda bu limandan neft daşınması təhlükə altındadır. Böyük ehtimalla neftin ixrac xətlərində müəyyən dəyişikliklər ediləcək.

 

Azərbaycanın böyük problemi olmayacaq. Amma Qazaxıstan böyük problemlərlə üzləşəcək. Çünki Qazaxıstanın ixrac etdiyi neftin önəmli hissəsi Novorossiyskdən daşınır”.

 

Ekspert Baltik dənizində yerləşən limanlarda da eyni vəziyyətin yarandığını bildirib: "Rusiya bu limanlardan istifadə edərək Şimali Amerika, Şimali-Qərbi Avropa enerji bazarlarına neft və neft məhsulları tədarük edir.

 

Baltik dənizində Rusiyaya məxsus 2 terminal var. Onlardan biri Sankt-Peterburq yaxınlığındadır, digəri Primorskdadır. Bu iki liman üzərindən dünya bazarlarına gündəlik 1,3-1,4 milyon barel neft ixrac edilir”.

 

"Rusiya neftinin digər hissəsi "Drujba” ixrac kəməri vasitəsilə dünya bazarlarına çıxarılır və burada da problemlər yarana bilər. Bu kəmərin bir qolu Ukrayna üzərindən keçir. Kəmərin gündəlik ixrac imkanları 0,8-1 milyon bareldir”, - deyə Z.Vəliyev qeyd edib.

 

Z.Vəliyev Rusiyanın ixrac etdiyi neftin yarıdan çoxunun sözügedən limanlardan və "Drujba” kəməri vasitəsilə daşındığını da vurğulayıb: "Qənaətimcə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar davam edərsə, onda Rusiyanın neft ixracında da ciddi problemlər yaranacaq. Çünki satılan neftin pulunu almaq üçün Rusiya banklarının, Rusiya şirkətlərinin Avropa və ABŞ bankları ilə əməkdaşlığına ehtiyac var. Sanksiyalar əməkdaşlığın qarşısını alır.

 

Rusiyanın neft ixracında çətinlik artıq görünür. Dünyanın aparıcı treyder (ticarət - red.) şirkətləri Rusiya neftinin idxalından boyun qaçırıb. Treyderlərin imtina qərarlarına daşınmada və bank əməliyyatlarında yaranan problemlər təsir edib”.

 

Vasif

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...