Media artan intiharlar dalğasında özünü necə aparmalıdır? – Ekspert rəyləri

Media artan intiharlar dalğasında özünü necə aparmalıdır? – Ekspert rəyləri
Son günlər ard-arda intihar hadisələrinə şahidlik edirik. Bu tip xəbərlərin mediada işıqlandırılmasına münasibət isə birmənalı deyil. Mediada intihar edən şəxslərin fotolarının, şəxsi məlumatlarının yayılması  xüsusilə tənqid edilir və bunların intiharlara təşviq olduğu  bildirilir.

Məsələ ilə bağlı media eksperti Zeynal Məmmədli Sfera.az-a danışarkən intiharların həssas mövzu olduğunu bildirib:

"İntiharın müxtəlif səbəbləri var. Bunları öyrənmədən, sırf diqqət cəlb etmək, hər hansı mətbu orqanı tanıtmaq üçün mövzudan faydalanmaq yanlış yoldur. Çünki intihara meylli , psixoloji sabitliyi olmayan insanlar kifayət qədərdir. Yaxud, hər hansı səbəbdən intiharı çıxış yolu, şəxsi intiqam sayanlar var və bu, özəlliklə azyaşlıların, yeniyetmələrin həyatı üçün böyük təhlükədir. Ona görə son dərəcə diqqətli olmaq lazımdır.
 
Burada ad çəkmək, özəlliklə intiharın necə gerçəkləşdiyini qeyd etmək olmaz. Bunlar intiharların qarşısını almağa yox, əksinə yayılmasına yardım edə bilər. Əgər intihar hadisələri doğrudan da diqqət çəkirsə, onların xüsusi çəkisi artırsa, bunun obyektiv səbəbləri araşdırılmalıdır. Bəlli mütəxəssis yanaşması lazımdır. Məsələn, dünyada intiharların nədən qaynaqlandığı, Azərbaycanda spesifik səbəblərinin olub-olmaması – yəni, problem bütün istiqamətlərdə araşdırılmalıdır. O halda konrekt intihar olaylarından danışmaq olar ki, olaylar əslində intihar deyil, bu ad altında hansısa cinayətin üstünün örtürülməsidir.
 
Amma qalan hallarda səbəbləri, problemin həlli istiqamətində ciddi mütəxəssis yanaşmaları ilə əksini tapmalıdır. Bunun üçün də media menecerlər intihar olaylarını necə yazmaq və ya onu necə göstərmək, səsləndirməklə bağlı təlimatlar hazırlamalıdırlar. Həmin təlimatlar ümumi jurnalist peşəkar etikasına uyğunlaşdırılmalıdır ki, cəmiyyətdə intiharlarla əlaqəli yanlış təsəvvürlər formalaşmasın. Yəni, qaş düzəldən yerdə vurub göz çıxarmayaq”.

Ekspert hesab edir ki, mediada intihar edən şəxslərin şəkillərini qətiyyən yayımlamaq olmaz: "O şəxsin yaxınları, qohumları, yaşıdları, dostları var. Şəkillərlə, ad-soyadı qeyd etməklə sanki bu intiharı təbliğ etmiş olmuruqmu? İntihara son dərəcə həssas yanaşmaq, səbəbləri üzərində dayanmaq və intihar edənlərin bioqrafik bilgilərini birmənalı olaraq verməmək lazımdır. Şəkillərdən isə ümumiyyətlə söhbət gedə bilməz”.

Sumqayıt şəhəri 2 saylı vəkil bürosunun müdiri, vəkil Leyla Bədəlova saytımıza açıqlamasında intiharlarla bağlı qanunda nəzərdə tutulan məsuliyyətdən söz açıb:

"Azərbaycan Respublikası  Cinayət Məcəlləsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftaretmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyəti yaradır. Buna görə qanunla müvafiq cəza tədbiri üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmədir”.

Vəkil həmçinin mediada intihar xəbərləri ilə bağlı məsuliyyətin artırılmasından da söz açıb:

"Bu kimi məlumatların yayılması üçün hər hansı məsuliyyət tədbiri qanunla müəyyən edilməyib. Hesab edirəm ki, buna görə məsuliyyət müəyyən edilməsi informasiya əldə etmək hüququna, məlumat azadlığına ziddir. Çünki cəmiyyətdə kifayət qədər xoşagəlməz hallar, bədbəxt hadisələr baş verir. Ona qalanda, əksər hadisələr barədə informasiya verilməməlidir”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...