Maska üstündə 4 nəfəri güllələdilər

Maska üstündə 4 nəfəri güllələdilər

Koronavirus infeksiyasının sürətlə yayılması qoruyucu maskalara tələbatı artırıb.

Azərbaycanda olduğu kimi, qonşu Türkiyədə də maska qıtlığı yaşanır. Bu səbəbdən maska satışıyla məşğul olan adamların pul qazanmaq ehtirası qanlı hadisəyə səbəb olub.

Türkiyə mətbuatının yazdığına görə, bu gün İstanbulun Bəylikdüzü adlanan bölgəsində maska satmaq uğrunda mübahisə edən iki qrup axırda silahlara əl atıblar. Toqquşma nəticəsində 4 nəfər güllə yarası alıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. (yenisabah)


OXŞAR XƏBƏRLƏR