“Maşından aralandım ki, qonaqlar görməsin, yoxsa biabır olarıq…” – Qubad İbadoğlu

“Maşından aralandım ki, qonaqlar görməsin, yoxsa biabır olarıq…” – Qubad İbadoğlu
 
Artıq 4 gündür ki, Bakıdayam. Bu günlər ABŞ-dan gələn qonaqlarla bərabər oldum. Onlarla birgə hərəkət etdiyim zaman qarşılaşdığım bir hadisədən çox məyus qaldım. İstərdim ki, məni məyus edən bu hadisəni sizinlə də bölüşüm.
Xarici qonaqlar üçün 9111 taksi xidmətindən sifariş etdiyim yol haqqı barədə onları məlumatlandırdım. Razı oldular. Sifariş qəbul olundu və çox keçmədi ki, Hunday markalı maşın gəldi. Yol gedərkən qonaqların istəyi ilə sürücüdən kondinsioneri işə salmağı xahiş etdim. Mənzil başına çatarkən xarici qonaqlardan biri ödəniş üçün pulu sürücüyə uzatdı. Sürücü pulu alandan sonra mənə sarı dönərək ondan 1,5 manat çox götürəcəm dedi. Səbəbini soruşanda yolun yarısını kondinsionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondinsioner işləyərkən mühərrik daha çox benzin "yeyir”. Sürücüyə xarici qonarların verdiyi pulun qalığını tam qaytarmağı məsləhət gördüm. Mümkün deyil, dedi. Bununla Azərbaycanı hörmətdən salırsan fikrimə də məhəl qoymadı. Bu variantda məsələnin həll edilmədiyni görüb, sürücüyə qonaqların pulunun qalığını tam qaytaracağı halda ona əlavə 2 manat ödəyəcəm təklifini verdim. Razilaşdı. Qonaqları yola salıb, 2 manatı sürücüyə uzatdım və sürətlə maşından aralandım ki, qonarlar görməsin, yoxsa biabır olarıq.
Bununla taksi xidməti göstərən şirkətin və bu sahədə çalışanların işgüzar nüfuzuna xələl gətirmək istəmirəm. Amma hesab edirəm ki, belə hallarınb baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə boşluqlardır.
 
Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri, iqtisadçı alim

OXŞAR XƏBƏRLƏR