Maşın almaq istəyənlər üçün MÜHÜM XƏBƏR - VİDEO

Maşın almaq istəyənlər üçün MÜHÜM XƏBƏR - VİDEO
Dələduzlar insanları aldatmaq üçün yeni bir üsula əl atıblar. Bəzi dələduzlar başqasının avtomobilini öz avtomobili kimi təqdim edərək ucuz qiymətə satışa çıxarırlar.

Sfera.az xəbər verir ki, "Xəzər" TV bu barədə reportaj hazırlayıb.

Reportajda bildirilir ki, avtomobilə baxmaq üçün isə öncədən alıcılardan beh adı ilə pul alırlar. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. Son günlər bu dələduzların sayı o qədər artıb ki, elan saytlarında demək olar ki, iki maşını kəskin qiymət fərqi ilə tapmaq mümkündür.

 

Eyni avtomobilin bir elanda qiyməti 14 900, digərində isə cəmi 3 500 manatdır.

Başqa bir elanda 2009-cu ilin avtomobili 1 500 manata satılır. Halbuki avtomobilin faktiki bazar qiyməti bundan bir neçə dəfə bahadır.

Son zamanlar bəzi dələduzlar başqalarının avtomobillərinin şəkillərini paylaşmaqla pul qazanırlar.

Adətən bu elanlardakı maşınlar bazar qiymətindən qat-qat ucuz olur və təcili satıldığı qeyd edilir. Elanı görənlər isə ucuz avtomobil üçün zəng etdikdə avtomobilin "sahibi" onlardan beh istəyir. Pulu aldıqdan sonra isə yoxa çıxırlar. 

Belə hadisələrdən biri də Fərid Piriyevin başına gəlib. O deyir ki, tanımadığı adam ona zəng edərək avtomobilinin elan saytlarının birində 10 800 manata satışa qoyulduğunu deyib.

Fərid Piriyev deyir ki, bir müddət müxtəlif elan saytlarında avtomobilinin ucuz qiymətə satışa qoyulduğunu görüb. Sonradan öyrənə bilib ki, əslində bir qrup şəxs onun kimi bir neçə adamın maşınlarının şəkillərini paylaşaraq insanlardan beh alır.

Artıq şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər.

Mütəxəssislər isə deyirlər ki, avtomobilin, dəyərindən qat-qat ucuz təklif edilməsi əslində alıcıda dələduzluq faktına dair şübhələr yaratmalıdır. Bu hallarla qarşılaşanlar diqqətli olmalıdırlar.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...