"Maserati"nin vurduğu piyada ölüb, sürücü isə qaçıb

 

Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Yaralı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.


OXŞAR XƏBƏRLƏR