Mars alimləri növbəti dəfə təəccübləndirdi

Mars alimləri növbəti dəfə təəccübləndirdi
NASA-nın InSight missiyası alimlərə Marsın dərinliklərinə nəzər salmaq və bu planetin  daxili quruluşunun ilk xəritəsini yaratmaq imkanı verdi. 
 
Sfera.az "The Wall Street Journal”a istinadən bildirir ki, tədqiqatların ilkin nəticələri mütəxəssisləri təəccübləndirib. Məlum olub ki, qırmızı planetin qabığı bir neçə qatdan ibarətdir və gözlənildiyindən daha nazikdir.

Belə ki, cihazın yerləşdirildiyi yerdə birinci qatın qalınlığının cəmi 8 kilometr, ikincisinin  isə 20 kilometr olduğu aşkar edilib.  Alimlər həmçinin,  Mars qabığının sərhədləri haradasa 39 kilometr dərinlikdə olan üçüncü qatının  olduğunu da  təxmin edirlər. Planetin üst qabığının qalınlığı orta hesabla  24 - 72 kilometr arasında dəyişir.

Bundan əlavə, məlum olub ki, Mars yalnız  1qat mantiyadan ibarətdir. Nüvənin radiusu isə  gözləniləndən daha böyük - təxminən 1830 kilometrdir.
Alimlər ümid edir ki, yeni məlumatlar bizə Marsın təkamül tarixini öyrənməyə imkan verəcək, eyni zamanda Yerin Günəş sistemindəki yerini daha yaxşı anlamağa kömək edəcək.

Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...