Logo

Dünyada ilk dəfə: Süni “insan” yaradıldı - Foto+Video

Dünyada ilk dəfə: Süni “insan” yaradıldı - Foto+Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Samsung” şirkətinin tərkibindəki "STAR Labs" bir müddətdir üzərində çalışdığı yeni layihəsini - "NEON"u təqdim edib.

Sfera.az  xarici mediaya istinadən xəbər verir ki, şirkət dünyada ilk dəfə süni "insan” yaratdığını iddia edir.

Belə ki, realist avatar olan NEON-lar adamlarla qarşılıqlı söhbət edə və millisaniyə ərzində reaksiya verə biləcək. Süni zəkalı "insan”ın gələcəkdə müəllim, maliyyə məsləhətçisi və səhiyyə işçisi kimi fəaliyyət göstərə biləcəyi bildirilib. Hətta bu yeni varlıqlar öz emosialarını da ifadə edə biləcəklər. Yəni, onlar eyni insanlar kimi ağlayacaq, güləcək, əsəbləşəcəklər.

"STAR Labs"ın CEO-su Pranav Mistri isə bu texnologiya məhsulunu yeni bir canlı növü kimi qiymətləndirib.

Dünyada ilk dəfə: Süni “insan” yaradıldı - Foto+Video

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR