\"iPhone\" 18 yaşlı oğlanın həyatını xilas etdi - FOTO

\

"iPhone" sayəsində yeniyetmənin həyatı xilas edilib.

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da yaşayan 18 yaşlı Gael Salcedo adlı şəxs "iPhone" smartfonu sayəsində həyatda qalıb.

Belə ki, avtomobili çaya düşən yeniyetmə sudan çıxmaq üçün çalışsa da, əlindən heç nə gəlməyib. Anidən "Siri"yə "Siri, Fövqəladə hallardan kömək istə", - deyə qışqıran oğlan qısa zamanda hadisə yerinə gələn xilasetmə dəstəsinin köməkliyi ilə çaydan çıxarılıb.

"Birdən hər yer bulanıq görünməyə başladı. Özümü itirdim. Telefonumu da tapmırdım. Bu anda birdən "Siri"ni çağırıb, ondan yardım istədim", - deyə Gael Salcedo mətbuata açıqlamasında söyləyib.

 

Qeyd edək ki, Siri "Apple"nin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Gael Salcedo "iPhone" sayəsində həyatı xilas edilən ilk insan deyil. Buna bənzər hadisələr dəfələrlə baş verib. (milli.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...