“Nar+” ilə hesabınızı daha asan idarə edin!

“Nar+” ilə hesabınızı daha asan idarə edin!

Abunəçilərin istifadəçi təcrübəsini davamlı olaraq təkmilləşdirməyi özünə hədaf qoyan "Nar”, yeni mobil tətbiqini istifadəçilərin ixtiyarına verib (mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə təqdim edib). "Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.

Yeni tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.

"Müştəriyönümlü strategiyamızın növbəti mərhələsi olaraq "Nar+” mobil tətbiqini abunəçilərimizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Müştərilərimizə rəqəmsal formatda və real rejimdə şəxsi hesablarına nəzarət etmək imkanı verəcək bu tətbiq istifadəçi təcrübəsini növbəti mərhələyə daşıyacaq, onların gündəlik həyatlarına rahatlıq və çeviklik gətirəcək. Nar olaraq təqdim etdiyimiz telekommunikasiya xidmətlərini hər zaman müştərilərimizin ehtiyaclarını nəzərə alaraq formalaşdırırıq. Məqsədimiz müştərilərimizin etibarlı tərəfdaşı olmaqdır.”, - deyə "Nar”-ın kommersiya üzrə direktoru Qəhrəman Kazımov bildirib.

"Nar+” tətbiqi sərfiyyat haqqında izahlı qaiməni dərhal və şəffaf şəkildə əldə etməyə də imkan verir. Belə ki, "istifadə tarixçəsi” bölməsində detallı şəkildə hər bir xidmətə görə sərfiyyat və uyğun olaraq çıxılan məbləğ qeyd edilir. Bu və digər funksional bölmələr lazımi bütün informasiyanı verməklə, müştəri xidmətlərinə zəng etmək ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur.

Qeyd edək ki, "Nar+” tətbiqini AppStorePlayStore-dan yükləyə bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7900-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...