ŞOK: 250 milyonu oğurlayıb Bakıdan Dubaya qaçdı

ŞOK: 250 milyonu oğurlayıb Bakıdan Dubaya qaçdı

Rusiya “Sberbank”ının Dağıstandakı şöbələrindən birinin rəhbəri bankdan 250 milyon rublu oğurlayaraq qaçıb.


Bankın Qasımkənd şöbəsinin rəhbəri olan Zeydullah Əhədullayev mayın 18-də Rusiya Mərkəzi Bankının kassa-hesablaşma mərkəzindən iri məbləğdə nağd pul çıxararaq yoxa çıxıb.

Ertəsi gün “Sberbank”ın Moskvadan göndərilmiş komissiyası şöbəni yoxlayıb və məlum olub ki, bankın cəmi 70 milyon rublu (1,4 milyon dollara yaxın) və 90 min ABŞ dolları çatışmır. Həmin pulların Əhədullayev tərəfindən çıxarıldığı təsbit edilib.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Əhədullayev təxminən 1,5 milyon dollar ekvivalentində olan pulla birlikdə həmin gün Azərbaycan sərhədini keçib. Bakıya gələrək buradan birinci reyslə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçub.

“Sberbank” və hüquq-mühafizə orqanları bu məlumatı bir aya yaxın gizli saxlamağa çalışıblar. Hadisə barədə təsadüfən Dağıstan polisinin qısa kriminal xronikasından məlum olub. Dağıstanlı bankirin iri məbləğdə nağd pulu Azərbaycana keçirərkən və Bakıdan Dubaya apararkən gömrükdə bəyan edib-etmədiyi məlum deyil./Virtualaz.org


Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsveç məhbuslarını Estoniyaya göndərəcək

İsveç məhbuslar üçün həbsxana yerlərinin kirayəsi ilə bağlı Estoniya ilə razılığa gəlib.   Sfera.az xəbər verir ki, bu barədə İsveçin SVT televi...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İs...

Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralandı

Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb.   Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.  ...

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...