Leonardo da Vinçinin robotu hazırlanıb – 3 dil bilir

Leonardo da Vinçinin robotu hazırlanıb – 3 dil bilir
Yaponiyanın Osaka Universiteti, "Fujikin” şirkətiylə birlikdə italiyalı rəssam və elm adamı Leonardo da Vinçinin robotunu hazırlayıb. Sfera.az yeniavaz.com-a istinadən xəbər verir ki, G-20 zirvəsinin iştirakçılarına təqdim edilən Leonardo da Vinçinin robotu 3 dildə, ingilis, yapon və italiyan dillərində danışa bilir. "Fujikin” şirkətinin şatış meneceri Kouiçi Nakamura robotun hazırda sadəcə müəyyən bilikləri təkrar etdiyini bildirib. O, robotun gələcəkdə təkmilləşdirilərək insanların suallarına cavab verəcəyini və "Google” axtarış sistemindən istifadə edə biləcəyini deyib. Qeyd edək ki, şirkət rəhbəri bu layihənin davam etdirəcəklərini növbəti hazırlayacaqları robot tanınmış alim Albert Eynşteynin olacağını vurğulayıb
 


OXŞAR XƏBƏRLƏR