Telefonun icad edilməsinin arxasında duran - 2 QADIN: ana və gəlin

Telefonun icad edilməsinin arxasında duran - 2 QADIN: ana və gəlin
Alexander Graham Bell (1847-1922) telefon ixtiraçısı olaraq bilinir.
Bellin telefonu icad etməsinə və məşhur olmasına səbəbkar olan həyatındakı iki eşitmə qüsurlu qadının rolu böyükdür.

Belə ki, Bellin səs və akustikaya olan marağı anasıyla başlamışdır. Bellin anası o hələ 12 yaşında olarkən eşitmə qabiliyyətini itirməyə başlayıb. Bell bundan çox təsirlənib və anasına səsini eşitdirmək üçün təcrübələr aparıb. Daha sonra eşitmə qüsurlular üçün məktəb açan Bell orda çoxlu sayda şagirdə dərs verib. Həmin məktəbədə tanış olduğu eşitmə qüsurlu tələbəsi Mabel Hubbard ilə evlənir. Bellin ixtirasının tanınmasında Mabelin rolu böyükdür.

1876-cı ildə Bell telefonu hələ yeni icad etdiyi zaman tələbə idi. Dərs və imtahanlarının çoxluğundan həmin il Filadelfiyada keçiriləcək patent sərgisində iştirak etməyə vaxtı olmur və ora getməyi düşünmür. Ancaq həyat yoldaşı ondan gizlin bilet alır, çantasını hazırlayır və xəbərsiz şəkildə onu Boston stansiyasına  aparır. Orada Belli məcburi qatara mindirib sərgiyə yola salır. Bu sərgidə iştirakından sonra telefon böyük uğur qazanır və Bell qısa müddət ərzində zəngin olur.

Bell 2 avqust 1922-ci ildə gecə 2 radələrində xanımının qollarından dünyasını dəyişib. Xanımı "xahiş edirəm, məni tək qoyma” deyə ona yalvarıb. Bell isə "xeyir” mənasında başını tərpədərək dünyasını dəyişib. Belin xanımı da ərindən bir il sonra vəfat edib. Külləri Bellin ölümünün ildönümündə və həmin saatda Bellin məzarında səpilib. TurpKimi.com


OXŞAR XƏBƏRLƏR