“Wi-Fi” XƏBƏRDARLIĞI: Bank hesablarına daxil olmaq tövsiyə olunmur

“Wi-Fi” XƏBƏRDARLIĞI: Bank hesablarına daxil olmaq tövsiyə olunmur
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimai yerlərdə "Wi-Fi” şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ictimai yerlərdə "Wi-Fi” bağlantısı daha asan və rahat olsa da, bu, eyni zamanda, kompüterlərdə və telefonlarda saxlanılan fərdi məlumatlar üçün riskli ola bilər. Buna görə də ictimai yerlərdə "Wi-Fi” şəbəkəsindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün bəzi məqamları diqqətdə saxlamaq gərəkdir. Məsələn, "Wi-Fi” şəbəkələri üzərindən bank hesablarına və həssas fərdi məlumatlara daxil olmaq, onlayn alış-veriş etmək tövsiyə olunmur.


Bir çox kompüter və mobil telefonlarda simsiz olaraq avtomatik bir şəbəkədən digərinə qoşulmağa icazə verən qoşulma parametrləri mövcuddur ki, bu funksiya rahatlığı təmin etsə də, cihazların mühafizə olmayan şəbəkələrə qoşulmasına şərait yaradır. Kompüterdə və mobil telefonda bu avtomatik qoşulmanı söndürmək tövsiyə olunur. Bu, eləcə də "Bluetooth” qoşulmasına da aiddir. Belə ki, ictimai yerlərdə "Bluetooth” funksiyasının aktiv olması kibertəhlükəsizlik üçün böyük risklər yarada bilər. Bədniyyətli şəxslər açıq "Bluetooth” siqnallarından istifadə edərək, cihazınıza daxil ola və fərdi məlumatlarınızı oğurlaya bilər.


İctimai "Wi-Fi” şəbəkəsindən istifadə edərkən fərdi məlumatlarınızı mühafizə etmək üçün VPN xidmətindən istifadə edin. VPN ictimai "Wi-Fi” şəbəkəsi üzərindən göndərdiyiniz və ya aldığınız bütün məlumatları şifrələyir.Modern

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...

ABŞ-də ölənlərin sayı 25 nəfərə çatdı

Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat y...

Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kon...

"Hədəfimiz terrorsuz Türkiyədir" - Ərdoğan

Hədəfimiz terrorsuz Türkiyədir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının q...

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...