“Bakcell”in 4G şəbəkəsi bütün ölkəni əhatə etməkdədir

“Bakcell”in 4G şəbəkəsi bütün ölkəni əhatə etməkdədir
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İntenet Provayderi Bakcell şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G xidmətlərini təqdim edir.
 
Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlana bilirlər.

Qeyd edək ki, 1700-dən artıq 4G stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE şəbəkəsinə malikdir.

Bakcell 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan iri həcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən artıq 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə veriləcək.

 

Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.

 

"Bakcell şirkəti bazarda lider mövqeyini daha da gücləndirmək və xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədilə Azərbaycanın ən keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələr yatırır. Məqsədimiz odur ki, 4G xidmətlərimiz bütün ölkə ərazisində təmin olunsun. Buna görə də şəbəkəmizin əhatə dairəsi və keyfiyyətinin artırılmasına yönəlmiş işlər davam etdiriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

 

"Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış "Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).


Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin genişləndirilməsi və modenrnizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...

ABŞ-də ölənlərin sayı 25 nəfərə çatdı

Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat y...

Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kon...

"Hədəfimiz terrorsuz Türkiyədir" - Ərdoğan

Hədəfimiz terrorsuz Türkiyədir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının q...

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...