Elon Musk atdığı mesajla işçilərini şoka saldı

Elon Musk atdığı mesajla işçilərini şoka saldı

ABŞ-da elektrikli mühərrik və avtomobil istehsalçısı olan Tesla təqribən 3 min işçisinin işinə son qoyacaq.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tesla-nın qurucusu və icraçı direktoru Elon Musk işçilərinə göndərdiyi mesajında bildirib.

 

Avtomobillərinin hələ də bir çox insanlar üçün çox bahalı olduğunu bildirən Musk yeni və inkişafda olan texnologiya ilə istehsalı ucuzlaşdırmanın çətinliklərinə işarə edib. Şirkət sahibi işçi gücündə 7 faiz şəxslərin ixtisar ediləcəyini deyib.


Bundan başqa, Musk 2018-ci ilin 4-cü rübündə çox az sayda mənfəət əldə etdiyini və işçi sayını azaltmaqdan başqa çarələrinin qalmadığını qeyd edib.

 

Qeyd edək ki, istehsal xərclərini qarşılaya bilməyən Teslanın 45 mindən çox işçisi var. İşçi qüvvəsinin 7 faizinin ixtisar ediləcəyini açıqlayan şirkət təqribən 3 min işçisini işdən çıxardacaq.


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...