“Nar”-ın “Qutu” təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

“Nar”-ın “Qutu” təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb
Ölkənin ən gənc və innovativ mobil operatoru "Nar”-ın abunəçilər üçün ev və mobil xidmətlərini bir yerdə təqdim etdiyi "Qutu” istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, 1 il ərzində "Qutu” istifadəçilərinin sayı 2 dəfə çoxalıb. Artıma səbəb yüksəkkeyfiyyətli xidmət, sərfəli qiymət və təklif, əhatə dairəsinin geniş olması, eyni zamanda müştərilərlə mütəmadi ünsiyyətin qurulmasıdır. 

Qeyd edək ki, "Qutu” ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edir və mobil internet xidmətlərini birləşdirir. "Qutu” təklifinə qoşulanlar yalnız innovativ xidmətlərdən yararlanmır, eyni zamanada xərclərinə və vaxtına qənaət edə bilirlər. Bundan başqa, istifadəçilər rabitə xərclərini 50%-dək azaldırlar.  

"Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 5 müxtəlif  paketdən ibarətdir. "Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir. "Qutu” istifadəçiləri qeyd edilən bütün xidmətlər üçün yalnız bir operatora ödəniş edirlər. Bundan başqa, "Qutu” təklifinə qoşularaq, öncədən ödəniş etmək istəyənlər rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə edə bilir. 

Qeyd edək ki, "Qutu” Azərbaycanın rabitə bazarında fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. "Qutu” təklifi "Nar” və "CityNet” provayderi tərəfindən təqdim olunur. Təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq yetərlidir. Müştərilər "Qutu” xidmətinin özəl müştəri xidmətlərindən də yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün "Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir – FOTOLAR

İlin fəsillərindən asılı olmayaraq Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. Sanki, Tanrı bu Türki...

27 yaşlı model vəfat etdi - FOTOLAR

Avstraliyalı model Lüsi Markoviç 27 yaşında vəfat edib.   Sfera.az olay.az-a istinadən xəbər verir ki, bu haqda "Deadline" nəşri məlumat ve...

Külək güclənəcək, leysan yağacaq –SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Bu b...

Müavinət və təqaüdlər artırılacaq - Nazirlər Kabineti təkliflər HAZIRLAYIB

"Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflər...

Bu gün Qaqarinin kosmosa uçduğu gündür - 64 il ötür

Bu gün, 12 aprel, bütün dünyada Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar tarix bəşəriyyətin ...

Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - Normallaşma prosesi müzakirə edilib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" ...