“Facebookda hesabların yarısı saxtadır”- Aaron Qrinspan

“Facebookda hesabların yarısı saxtadır”- Aaron Qrinspan

Məşhur sosial şəbəkə "Facebook”dakı hesabların yarısının saxta olması iddia edilir.

 

Sfera.az xəbər verir ki, bunu söyləyən isə Mark Zekerberkin Harvard Universitetində tələbə yoldaşı olmuş Aaron Qrinspandır.

Müstəqil təhqiqatçılardan ibarət "PlainSite” adlı qrup 70 səhifəlik bir hesabat hazırlayıb. Onların iddiasına görə M.Zekerkberq investorları aldadır.

 

Hesabatda deyilir ki, "Facebook”da saxta hesabların sayı düşünüldüyündən də çoxdu. 50%-dən də artıqdır. " "Facebook” bir çox hesablamaları dayandırıb. Çünki bu hesablamalar bir-biriləriylə ziddiyyət təşkil edir və hətta uydurmadır. Şirkət öz məhsulu üzərində nəzarəti itirib”.

 

"PlainSite”ə görə real kimi görsənən hesablara görə reklam verənlər boş yerə pul ödəyirlər. Alqoritmləri belə aldadan saxta hesablar xəbər və seçki kampaniyalarında geniş istifadə olunur.


OXŞAR XƏBƏRLƏR