Azərbaycanda zirehli gödəkcə istehsal ediləcək – Foto

Azərbaycanda  zirehli gödəkcə istehsal ediləcək – Foto
Azərbaycanda müdafiə sənayesi sektorunda fəaliyyət göstərən "Buta Armor” şirkətinə zirehli gödəkcə, dəbilqə və onların aksesuarlarlarını istehsal etmək üçün xüsusi icazə verilib.

Bununla da "Buta Armor” şirkəti Nazirlər Kabinetinin 22.11.2018-ci il tarixli 22/1-245 nömrəli icazəsi əsasında Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalını həyata keçirə biləcək. Artıq güc strukturlarından ilkin sifarişlər alınıb və 2019-cu ilin əvvəlində sifarişlərin çatdırılmasına başlanacaq.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan 100% özəl sərmayəli "Buta Armor” şirkəti zirehli gödəkcələri dünyada tanınmış Bolqarıstanın "Mars Armor” şirkətinin texnologiyası əsasında istehsal edəcək. Növbəti mərhələdə zireh lövhələrinin hazırlanmasında xammal olaraq Azərbaycanda istehsal ediləcək polimer materiallardan istifadə nəzərdə tutulur.

"Buta Armor” ordu, xüsusi təyinatlı qüvvələr, dəniz və sahil mühafizə, polis və təhlükəsizlik qüvvələri, inkassator, minatəmizləmə qurumları, habelə VİP qoruma üçün zirehli geyimlər, müxtəlif model dəbilqələr, ordu qüvvələri və polis üçün qalxanlar istehsal edəcək. "Buta” zirehli gödəkcələri 9×18 – 7.62×54 mm kalibrədək patronlardan açılan atəşdən, həmçinin 450-850 m/saniyə sürətə malik qəlpələrə qarşı qorumanı təmin edir. Ordu və digər güc strukturları üçün keçirilən sınaqlar zamanı gödəkcələr 7.62×54 mm-dək patronlardan atışları saxlayaraq yüksək davamlılığını nümayiş etdirib.

Şirkətin rəhbəri Ramin Əhmədov bildirib ki, "Buta Armor” mümkün qorumanı ən yüksək erqonomika və rahatlıqla birləşdirərək istifadəçilərə təqdim edir: "Zirehli gödəkcələrin ən ağırı 7-8 kq təşkil edəcək ki, bu da sinfində ən aşağı çəkilərdən hesab olunur. Hərbi və hüquq mühafizə qüvvələri üçün nəzərdə tutulan gödəkcələr modulyar dizayna malikdir. Gödəkcələr istənilən tapşırığa uyğun şəkildə zəruri aksesuarlarla təchiz edilə bilər”.

Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı rezident şirkətlərə geniş güzəşt və imtiyazlar təqdim edir. Vergi və gömrük güzəştləri ilə yanaşı Texnoparkın rezidentləri öz məhsullarını tenderdə iştirak etmədən dövlət qurumlarına satışın həyata keçirə bilərlər.AzeriDefence



OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...