Süni intellekt insanı əvəz edəcək
Kateqoriya məlum deyil
Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək.
Bunu Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk bildirib.
Alim artıq məsələlərin həllinin effektivliyi üzrə insandan geri qalmayan süni intellekt sistemlərinin (məsələn, sifətin və insan səsinin tanınması) yaradıldığını söyləyib.
Almaniyanın Passau Universitetində mürəkkəb intellektual sistemlər kafedrasının rəhbəri Born Şuller süni intellektin 10 il sonra şeir yaza biləcəyini qeyd edib./azərtac





